Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər”, “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin dissertantı, dosent Həsənov Sabir Qəhrəman oğlu “Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edib. Məruzədə Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu […]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev, həmin institutun əməkdaşı riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev və AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru İlqar Məmmədov, dosent Yasin Rüstəmovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi və AMEA-nın Elmi-Tədqiqat Proqramları çərçivəsində […]

Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dos. Gülşən Ağayevanı 65 yaşı  münasibətilə təbrik edirik!

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dos. Gülşən Ağayevanın 65 yaşı tamam olur. Gülşən Ramiz qızı Ağayeva 10 fevral 1954-cü ildə Bakı şəhərində anadan olub. G. Ağayeva 1980-cı ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsini bitirib. 1973-1987-ci illərdə M. Əzizbəyov adına […]

“Rəqəmsal nəzarət-idarəetmə sistemlərində apertur gecikmələri və onlarin analitik yolla aradan qaldırılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Hesablama riyaziyyatı və informatika” şöbəsinin böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Vüqar Sadıxov “Rəqəmsal nəzarət-idarəetmə sistemlərində apertur gecikmələri və onlarin analitik yolla aradan qaldırılması” mövzusunda məruzə edib. Məruzədə xətti diferensial tənliklərlə təsvir edilmiş rəqəmsal idarəetmə sistemlərində müşahidə olunan siqnal gecikmələrinin analitik yol […]

Ölkəmizdə “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Tədbirlər Planı qəbul olunub

Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu sahədə qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı olub. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda “Elm […]

“Marie Sklodowska-Curie” qrant müsabiqəsi elan edilir

“Marie Sklodowska-Curie” proqramı çərçivəsində təcrübəli tədqiqatçılar üçün qrant müsabiqəsi elan edilir. Müsabiqənin qalibi olmuş şəxslər “Universite Sorbonne Paris Cite” universitetində tədqiqat aparmaq imkanı əldə edəcəklər. “Marie Sklodowska-Curie” fərdi tədqiqatçılara onların elmi bilik və bacarıqlarını şaxələndirməyə və genişləndirməyə imkan verən qrant müsabiqələri təqdim edir. Qrantlar fərdi tədqiqatçıların iki illik əmək haqqını, tədqiqat xərclərini və tədqiqatların aparılacağı […]

Faydalı linklər