13/02/2019
Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu sahədə qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı olub. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda “Elm […]
12/02/2019
“Marie Sklodowska-Curie” proqramı çərçivəsində təcrübəli tədqiqatçılar üçün qrant müsabiqəsi elan edilir. Müsabiqənin qalibi olmuş şəxslər “Universite Sorbonne Paris Cite” universitetində tədqiqat aparmaq imkanı əldə edəcəklər. “Marie Sklodowska-Curie” fərdi tədqiqatçılara onların elmi bilik və bacarıqlarını şaxələndirməyə və genişləndirməyə imkan verən qrant müsabiqələri təqdim edir. Qrantlar fərdi tədqiqatçıların iki illik əmək haqqını, tədqiqat xərclərini və tədqiqatların aparılacağı […]
13 fevral 2019-cu il tarixdə saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər”, “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarında “Riyazi analiz” şöbəsinin dissertantı, dosent Həsənov Sabir Qəhrəman oğlu “Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə Riss potensialı və onun kommutatorunun Orliç […]
11/02/2019
Kamillik anı İnsan kainatın sirlərinə elmin gücü ilə vaqif olur. Bəşəriyyət dünyanı hər gün addım-addım irəli aparan inkişaf proseslərinə görə alimlərə borcludur. Müasir həyatımızın tərəqqi mənzərəsi onların fədakar zəhmətinin, elmi kəşflərinin nəticəsidir. Nə qədər qəribə səslənsə də, cəmiyyət bu zəhməti, dövrün texnoloji möcüzələri arxasından boylanan alim obrazının əzəmətini bəzən tam aydınlığı ilə görə bilmir. Müasir […]
13 fevral 2019-cu il saat 10-00 da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Hesablama riyaziyyatı və informatika” şöbəsinin böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Vüqar Vaqif oğlu Sadıxov ”Rəqəmsal nəzarət-idarəetmə sistemlərində apertur gecikmələri və onlarin analitik yolla aradan qaldirilmasi haqqinda” mövzusunda məruzə edəcəkdir. Məruzədə xətti diferensial tənliklərlə təsvir edilmiş rəqəmsal idarəetmə sistemlərində müşahidə olunan […]
11/02/2019
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 5 fevral 2019-cu il tarixli sərəncamına əsasən AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur. Müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir. AMEA-nın həqiqi […]