31 yanvar 2019-cu il tarixdə saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Diferensial tənliklər” şöbəsinin birgə seminarında Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Əmsalların ümumiləşmiş funksiya olan diferensial və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə baxılan operatorun təyin oblastları və tərs spektral məsələlərlə bağlı bəzi məlumatlar […]
29/01/2019
Yanvarın 28-də Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın professorlarının Koordinasiya şurası və həmin qurumun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyətinin üzvlərinin iştirakı ilə iclas keçirilib. Görüşün məqsədini 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyətdə müştərəkliyin təmin olunması, o cümlədən AMEA-da və respublikanın digər ali təhsil müəssisələrində elmi fəaliyyət göstərən əməkdaşların və həmçinin gənclərin fəaliyyətində məhsuldarlığın artırılması […]
30.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Rusiya Elmlər Akademiyası, Sibir bölməsi, Sobolev adına Riyaziyyat İnstitutu və Novosibirsk Dövlət Universitetinin professoru İvan Anantolyeviç Maltsev “Klonların hipereyniliklərlə bölünməsi” mövzusunda məruzə edəcəkdir. Məruzə bölünən klonlar üçün hipereyniliklərin tapılmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
28/01/2019
Məlum olduğu kimi, 17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib. İclasda bir sıra mühüm məsələlər, o cümlədən elmi problemlər üzrə elmi şuraların veb-saytlarının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Yanvarın 25-də isə AMEA Rəyasət Heyətində elmi şuraların veb-saytlarına məsul şəxslərin iştirakı ilə veb-saytların mövcud vəziyyəti və qarşıda duran vəzifələrin icrasına […]
AMEA-nın Riyaziyyat və Mxanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Dünya Rəsul qızı Əliyeva “Çəkili Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında” mövzusunda məruzə edib. Məruzə monoton çəki funksiyaları halında Hausdorf operatorunun çəkili Lebeq fəzasında tədqiqinə həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
30.01.2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarında AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla differensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, […]