Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Sermelo aksiomu

Sermelo aksiomu yaxud seçmə prinsipi təsdiq edir ki, istənilən boş olmayan çoxluqlardan ibarət sinif üçün hər bir çoxluğa özünün bir elementini qarşı qoyan funksiya var. Başqa sözlə, Sermelo aksiomu hökm edir ki, boş olmayan çoxluqlardan ibarət istənilən sistemin hər bir çoxluğundan bir element götürmək olar. Sermelo aksiomu 1904-cü ildə Sermelo tərəfindən ifadə edilmişdir. Sermelo bu […]

Elmi şuranın növbəti iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul […]

“C0(Ω) fəzasının dəyişən dərəcəli Lebeq fəzasında sıxliğı və Kolmoqorov-Riss teoreminin analoqu haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda AMEA-nın professoru, “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d. Bəndəliyev Rövşən Əlifağa oğlu “C0∞(Ω) fəzasının dəyişən dərəcəli Lebeq fəzasında sıxlığı və Kolmoqorov-Riss teoreminin analoqu haqqında” mövzusunda məruzə edib. Məruzədə C0∞(Ω) fəzasının dəyişən dərəcəli  Lp(x)(Ω) fəzasında 0 < p(x) < 1 olduqda sıxlığı və bu fəzada kompaktlıq haqqında olan Kolmoqorov-Riss […]

Dissertasiya şurasının iclası keçiriləcək

02 fevral 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Cavanşir Cavad oğlu Həsənovun “Çoxölçülü harmonik analizin və b-harmonik analizin inteqral operatorlarının ümumiləşmiş morri fəzalarında məhdudluğu və onların bəzi tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat […]

E L A N

31.01.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit çəkili yarı-xətti xüsusi törəməli elliptik tənliklərin müsbət həllərinin qlobal bifurkasiyası” mövzusunda çıxış edəcək. Məruzədə indefinit çəki funksiyalı və Dirixle sərhəd şərtli ikinci tərtib yarı-xətti müntəzəm elliptik tənliklər üçün qeyri-xətti məxsusi […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

29 yanvar tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Diferensial tənliklər”, “Optimallaşdırma və optimal idarəetmə” və “Riyazi fizika tənlikləri” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün  “Xətti cəbr və strukturlar nəzəriyyəsi” fənnindən imtahan keçirilib. Keçirilmiş imtahan uğurla başa çatıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər