Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

XIX əsrin altmışıncı illərində hansı məqsədlə şəhər məktəbləri yarandı?

– XIX əsrin altmışıncı illərində hansı məqsədlə şəhər məktəbləri yarandı? -“Bütün təbəqələrdən olanların uşaqlarına ibtidai, əqli və dini-əxlaqi təhsil vermək” üçün bu məktəblər Azərbaycanda fəaliyyət göstərən qəza məktəblərinin bazasında formalaşdırıldı. Şuşa (1874), Şamaxı (1874), Nuxa (Şəki) (1877), Naxçıvan (1879), Yelizavetopol (Gəncə) (1884) və Zakatalada (1886) şəhər məktəbləri yaradıldı. Şəhər məktəblərinin bir, iki, üç və ya […]

Dissertasiya Şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclası olub. İclasda Cavanşir Cavad oğlu Həsənovun “Çoxölçülü harmonik analizin və b-harmonik analizin inteqral operatorlarının ümumiləşmiş morri fəzalarında məhdudluğu və onların bəzi tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə […]

Mirzə Kazım bəy kimdir?

– Mirzə Kazım bəy kimdir? -Mirzə Kazım bəy 1802-ci ildə doğulmuş, 1870-ci ildə vəfat etmişdir. Kazım bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu onun əsl adıdır. O, Omsk Asiya məktəbində Şərq dillərindən dərs demişdir (1825). Karan universitetində dekan, kafedra müdiri (1848) vəzifələrində işləmişdir. Peterburq universitetində ordinator-professor (1849), kafedra müdiri (1855) vəzifələrində çalışmışdır. Londondakı Britaniya Kral […]

Lütfi Zadə – qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab edən azərbaycanlı alim

Fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 97 illiyi tamam olur. Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakıda anadan olub. On yaşında ikən ailəsi Bakını tərk edərək Tehrana köçüb. Orta təhsilini İranın paytaxtındakı Amerika kollecində tamamladıqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı […]

E L A N

07.02.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda məruzə edəcək. Məruzədə səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması veriləcək. Daha ətrafl>> © […]

“İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda dosent Rza Çingiz oğlu Mustafayev “İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzəsinin davamı olub. Məruzədə iterativ Hardi tipli bərabərsizliklər haqqında danışılıb. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Hardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stiltes çevirməsinin çəkili […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər