Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Yanvarın 16-da Fizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Ötən il AMEA-nın institutları və müxtəlif elmi-tədqiqat müəssisələri üçün bir sıra nailiyyətlərlə yadda qalıb” – deyə bildirən A.Əlizadə akademiyanın müxtəlif institutlarında fundamental elm istiqamətində tətbiqi tədqiqatların aparıldığını, innovasiya elminin […]

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi hesabat verib

AMEA Rəyasət Heyətinin növbəti iclası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunub. Əvvəlcə FRTEB-in institutlarında müxtəlif istiqamətlərdə əldə olunmuş mühüm elmi nəticələr təqdim olunub. Bölmənin ötən ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edən akademik-katib, akademik Nazim Məmmədov hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti […]

“Silindrik torlarda dalğalar” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.  Seminarda “Dalğa dinamikası” şöbəsinin  müdiri, professor Cəfər Ağalarov  “Silindrik torlarda dalğalar” mövzusunda məruzə edib. Məruzədə torun ümumi tənlikləri əsasında silindrik torun tənliklərinin alınması müzakirə edilib. Bunun əsasında uzanma dalğaları silindrik torda tədqiq olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Ukrayna Elm və Texnologiya Mərkəzi 2019-cu il üçün doktorluq qrantı elan edir

Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) 2019-cu il üçün doktorluq tədqiqat qrantı proqramı elan edir. Tədqiqat kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarının inkişafı və istiqamətləri, strateji ticarət nəzarəti, milli və beynəlxalq ticarət nəzarəti sistemləri kimi sahələri əhatə edir. Proqramda Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova universitetlərində magistr dərəcəsi almış tələbələr (vətəndaşlığından asılı olmayaraq) iştirak edə […]

Ötən il Riyaziyyat və Mexanika İnstitutu əməkdaşlarının məqalələrinə 1400 istinad olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda səmərəli elmi-tədqiqatlar aparılır, diqqətəlayiq nailiyyətlər əldə olunur. Bu barədə institutun şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova AZƏRTAC-a ətraflı məlumat verib. Bildirib ki, institutda aparılan tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə 7 elmi istiqaməti (6-sı riyaziyyat, 1-i mexanika olmaqla) əhatə edir. Ötən il AMEA Rəyasət […]

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur

AMEA prezidentinin 21 dekabr 2018-ci il tarixli sərəncamına əsasən, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur. AMEA Rəyasət Heyətinin mükafatı elmi biliklərin populyarlaşdırılması, elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin elmə verdiyi töhfələrin, habelə yeni elmi istiqamətlərin təbliğ edilməsi, akademiyanın fəaliyyətinin geniş işıqlandırılması, gənclərdə elmi fəaliyyətə marağın oyadılması […]

Faydalı linklər