Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Güney Qafqazda müəllim kadrları hazırlığı ilə məşğul olan ilk müəssisə nə zaman yaradılıb?

Güney Qafqazda müəllim kadrları hazırlığı ilə məşğul olan ilk müəssisə nə zaman yaradılıb? 1866-cı ildə. Bu, Tiflis Aleksandrovski Müəllimlər İnstitutu (1866-1919) idi. 1896-cı ildə məşhur Azərbaycan mesenatı Şəmsi Əsədullayev həmin institutun fəxri müdiri təyin edilmişdir. Burada əsas məqsəd şəhər məktəbləri üçün müəllim kadrları hazırlamaq idi. İnstitutun nəzdində şəhər məktəbi tipində ikisinifli nümunəvi məktəb də var […]

“Yarı-xətti və yarı-xəttiləşən Şturm-Liuvill məsələlərinin həllərinin strukturu haqqında” mövzusunda seminar keçirilib

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Yarı-xətti və yarı-xəttiləşən Şturm-Liuvill məsələlərinin həllərinin strukturu haqqında” mövzusunda çıxış edib. Məruzədə yarı-xətti Şturm-Liuvill məsələsinin osillyasiya xassələri, yarı-xəttiləşən Şturm-Liuvill məsələsinin həllərinin qlobal bifurkasiyası haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

26.01.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcək. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsinin davamı olacaq. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edib. Məruzədə dördüncü tərtib adi diferensial tənliklər üçün həm xəttiləşən, həm də xəttiləşməyən qeyri-xətti məxsusi qiymət […]

Dünya şöhrətli bakılı fizik Lev Landaunun anadan olmasının 110 ili tamam olur

Adı Albert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada çəkilən akademik, Nobel, Maks Plank, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının (ABŞ), Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü əfsanəvi bakılı fizik Lev Davidoviç Landau 1908-ci ildə […]

E L A N

25.01.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d., Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edəcək. Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxılacaq. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər