Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə AR Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 903-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə funksional təsnifatın […]

ABŞ-da irsi korluğun müalicəsi üçün preparat istehsal edilib

ABŞ-da irsi korluğun müalicəsi üçün preparat istehsal edilib. Luxturna adı verilən dərman preparatı görmə qabiliyyətini itirən hər kəsə kömək edir. riaami.ru saytı xəbər verir ki, preparat son beş ayda gen terapiyası sahəsində qəbul olunmuş üçüncü dərmandır. Luxturna geni dəyişdirərək onu sağlam genlə əvəz edir və hətta göz nurunu tam itirənlərin də görmə qabiliyyətini bərpa edir. […]

“Riyazi analiz”  şöbəsinin illik fəaliyyəti haqqında

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz”  şöbəsində 2017-ci ildə plana əsasən təsdiq olunmuş “Harmonik analizin müasir problemləri” mövzusu üzrə altı istiqamətdə elmi tədqiqat işi aparılıb. İŞ: Subxətti operatorların ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında tədqiqi. İcraçı: Prof. V.S. Quliyev; Subxətti operatorların ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında tədqiqi mövzusunda iş davam etdirilir. Hesabat dövründə Hardi-Litlvud maksimal operatoru və onun […]

Çin alimləri beş saniyəyə enerji yığan batareya hazırlayıblar

Çinin Cıcian Universitetinin Polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan alüminium-qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur. Hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən […]

Ucarda professor Nadir Süleymanovun 85 illik yubileyi qeyd olunub

Dekabrın 23-də Ucarda AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, funksional analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanovun 85 illik yubileyinə həsr olunan tədbir keçirilib. Yubiley tədbiri Ucar rayon İcra Hakimiyyəti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. […]

E L A N

27 dekabr 2017-ci il tarixində saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında Yüzüncü Yıl Universitetinin (Türkiyə) əməkdaşı f-r.e.d., prof. Heybətqulu Mustafayev “Banax cəbrlərində multiplikatorların bəzi erqodik xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə, multiplikatorlar üçün erqodik nəzəriyyənin bəzi məsələlərindən bəhs ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər