Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Rəşid Əvəzağa oğlu Əliyevin “Kompleks ölçülərin Koşi tipli inteqrallarının sərhəd xassələri və analitik funksiyaların yaxınlaşma nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda 1202.01– Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq […]

“Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda seminar keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operator və onun kommutatorunun məhdudluğu üçün Adams tipli meyarlar haqqında danışılıb. © Bütün […]

“Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, f.-r.e.d., prof. Kamil Ayda-zadə “Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması” mövzusunda məruzə edib. İşdə çubuğunun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin optimal yerləşdirilməsinə yanaşma təklif edilib. Məsələnin funksionalının qradiyentinin komponentləri üçün düsturlar […]

E L A N

22.12.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operator və onun kommutatorunun məhdudluğu üçün Adams tipli meyarlar haqqında […]

“Riyazi fizika tənlikləri” şöbəsinin illik fəaliyyəti haqqında

“Riyazi fizika tənlikləri” şöbəsində 2017-ci ildə  plana əsasən təsdiq olunmuş ”Riyazi fizika məsələlərinin birqiymətli həll olunması və həllərinin keyfiyyət xassələri” mövzusu üzrə on bir istiqamətdə elmi tədqiqat işi aparılır. İŞ: ”Kvazielliptik operatorların mənfi spektrinin qiymətləndirilməsi və tətbiqləri”. İcraçı: AMEA-nın müxbir üzvü, prof. R.V. Hüseynov. İŞ: ”Bir sinif elliptik tənliklər üçün tərs məsələ haqqında”. İcraçı: prof. Ə.Y. […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib. Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası və “Azərkosmos” Açıq Səhmdar […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər