Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

07.12.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

E L A N

07.12.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Dağ süxuru əhatəsində olan içiboş silindrdə daxili təzyiq təsirinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə xaricindən dağ süxuru ilə əhatə olunmuş uzun içiboş silindrdə daxili təzyiqin təsiri tədqiq ediləcək. Silindrin […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu “Clarivate Analytics” şirkəti tərəfindən üç mükafata layiq görülüb

Bu gün Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, AMEA-nın elmi […]

Dissertasiya şurasının iclası keçiriləcək

07 dekabr 2018-ci il tarixində saat 14:00-da AMEA RMİ-nın nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında ELÇİN ƏLİ oğlu MƏMMƏDOVUN “Funksiyaların lokal xarakteristikalar terminində təyin olunmuş funksional fəzalarda harmonik analizin inteqral operatorları” mövzusunda 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi […]

“Cəmlənən əmsallı Dirak operatorunun kök vektor-funksiyalar sisteminin besselliyi və bazisliyi ” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Vəli Qurbanov “Cəmlənən əmsallı Dirak operatorunun kök vektor-funksiyalar sisteminin besselliyi və bazisliyi ” mövzusunda məruzə edib. Məruzədə Dirak operatorunun kök funksiyalar (məxsusi və qoşulmuş funksiyalar) sisteminin L22(G),G = (0,2π) fəzasında besselliyi və şərtsiz bazisliyi (Riss bazisliyi) üçün […]

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqinin nəticələri açıqlanıb

Məlumdur ki, AMEA Rəyasət Heyəti 15 iyul 2015-ci il tarixdə “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında” qərar qəbul etmişdir. Qərara əsasən, Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində akademiyanın veb-strukturu və onun əhatə etdiyi veb-saytların monitorinqinin həyata keçirilməsi İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır. AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, […]

Faydalı linklər