Noyabrın 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Bəndəliyev “Kəsr tərtib diferensial tənliklərlə ifadə olunan optimal idarəetmə məsələlərində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda məruzə edib. Məruzədə prosesə kəsr inteqral formada daxil olan və dinamikası Kaputo mənada verilmiş kəsr differensial tənliklər toplusu […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı Elxan Abbasov “Qazın süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qaz quyularında qazın qeyri-stasionar süzülmə prosesinin inreqral modeli qurularaq alınan əlaqəli differensial tənliklər sisteminin həllinin verilməsi haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
22/11/2018
Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib. İki gün davam edəcək konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. imm.az “azertag.az” saytına istinadla xəbər verir ki, açılış mərasimində çıxış […]
22/11/2018
Noyabrın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın Elmi Nəşriyyat Şurasının iclası keçirilib. İclasda şuranın sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov nəşriyyat şurasının fəaliyyəti, qarşıda duran vəzifələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, son illərdə AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu sahədə irəliyə doğru müəyyən addımlar atılmışdır. Bu addımlardan […]
23.11.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi İsayev Fətayi Abdulhəmid oğlu “Riss potensialının kommutatoru üçün ikiçəkili bərabərsizliklər” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Riss potensialının kommutatoru üçün ikiçəkili bərabərsizliklərin doğru olması üçün bəzi kafi şərtlər müzakirə olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
23.11.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mir-səlim-zadə Minavər Vaqif qızı “Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda məruzə edəcəkdir. Məruzədə stringerlərlə bərkidilmiş nazik lövhənin dairəvi deşiyinin konturundan çıxan uc zonalarındakı sahilləri arasında rabitə olan düzxətli […]