Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Doktorant və tələbələrə verilən təqaüdlər artırılıb

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ölkə başçısı Sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin […]

Alimlər xərçəngin bütün növlərini hədəf alan universal vaksin hazırlayıblar

Birləşmiş Ştatların Florida Universitetinin alimləri xərçəngin universal müalicəsinə ümid verən müxtəlif növ şişləri məhv etmək üçün immunitet sistemini aktivləşdirə bilən mRNT vaksini hazırlayıblar. ABŞ mediası xəbər verir ki, uğurlu glioblastoma sınağına əsaslanan eksperimental vaksininin hazırlanmasında COVID-19 peyvəndinə bənzər mRNA texnologiyasından istifadə edilib. Bununla belə, o, virusları hədəfə almaq əvəzinə, xərçəngin növündən asılı olmayaraq şişləri tanımaq […]

OpenAI süni intellekti riyaziyyat olimpiadasında qızıl medal əldə edib

OpenAI-nin təcrübi süni intellekt modeli Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) qızıl medalçı səviyyəsinə çatıb. O, 6 məsələdən 5-ni həll edərək mümkün 42 baldan 35-ni toplayıb. Bu hadisə artıq “süni intellektin inkişafında mühüm mərhələ” kimi qiymətləndirilir, xüsusilə də məntiqi və yaradıcı düşüncə sahəsində. OpenAI-da böyük dil modelləri və məntiqi məsələlər üzrə ixtisaslaşan tədqiqatçı Alexander Wei-nin sözlərinə görə, […]

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib. Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə […]

Azərbaycan milli mətbuatı 150 ildə şərəfli inkişaf yolu keçib

Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulunda “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı […]

İnsan gözündən daha sürətli bionik sensor

Çinli alimlər texnologiyada inqilab edəcək yeniliyə imza atıblar. Belə ki, Fucou Universitetinin tədqiqatçıları  işıq dəyişikliklərinə insan gözündən daha sürətli uyğunlaşa bilən  bionik sensor hazırlayıblar. Elm adamları sensoru hazırlayarkən insan retinasının işıq siqnallarını qəbuletmə və onlara uyğunlaşma qabiliyyətindən ilhamlanıblar. Qeyd edək ki, insanın görmə sistemi işıq intensivliyindəki kəskin dəyişikliklərə uyğunlaşa və bunu yaddaşda saxlayaraq növbəti bənzər […]