04/05/2018
İtaliyanın Kataniya Universitetinin “Riyaziyyat və İnformatika” kafedrasının professoru Mariya Alessandra Ragusa AMEA Riyaziyyat və Mexanika İnstitutunda qonaq olub. Alim institutun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında “Xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və inteqral operatorlar” mözvusunda məruzə ilə çıxış edib. Məruzədə xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və […]
04/05/2018
Hərəkət haqqında. Nəsirəddin Tusi də qədim alimlərin əksəriyyəti kimi istənilən dəyişməni hərəkət adlandırır. Zenon və onun davamçıları hərəkətin varlığını inkar edirdilər. N.Tusi Zenon və onun davamçılarının iddialarını çoxlu məqamlarda cavablandırmışdır. Hərəkət və sükunət cismin məkan etibarı ilə ayrılıqda (təklikdə) halı, birgəlik və ayrılıq isə cismin digər cisimlərlə qarşılıqlı münasibətindən irəli gələn halıdır. Bir nəzərə əsasən, […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edib. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün […]
04.05.2018-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda aparıcı elmi işçi Mehriban Əli qızı Məmmədovanın “Anizotrop içi boş silindrin burulmada uzunmüddətli dağılması” mövzusunda məruzəsi olacaqdır. Məruzədə radius boyu dəyişən sürüşmə modulu olan boş silindrik valın burulmada səpələnmiş dağılma prosesi tətbiq olunacaq. Dağılma cəbhəsinin hərəkət tənliyi […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda BDU–nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin professoru Əliyev Nihan Əlipənah oğlunun “Müasir riyaziyyatın çatışmayan cəhətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə görkəmli riyaziyyatçılar tərəfindən söylənilmiş bəzi kəlamlarda olan çatışmamazlıqlardan bəhs edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
03.05.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edəcəkdir. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret […]