Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-da III Beynəlxalq Elm Festivalının yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr aparılıb

9-24 oktyabr 2018-ci il tarixlərdə Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək. Festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Bu gün AMEA-nın Əsas binasında […]

Müdriklərin sultanı – Nəsirəddin Tusi (IX hissə)

Dörd əsas ünsür haqqında. NəsirəddinTusi də əksər qədim alimlər və özünün müasirləri kimi dörd əsas ünsür – od, hava, su və torpağın varlığını qəbul edir: “Bəsit ünsürlərə gəldikdə isə onların sayı dörddür: od, hava, su, torpaq kürələri” ([13], səh.241). Bu kürələr sadalanan ardıcıllıqla, biri digərinin üzərində yerləşir. Çünki, od havadan, hava sudan, su torpaqdan daha […]

E  L A N

02.05.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında BDU–nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin professoru Əliyev Nihan Əlipənah oğlunun “Müasir riyaziyyatın çatışmayan cəhətləri” mövzusunda məruzəsi olacaq. Məruzədə görkəmli riyaziyyatçılar tərəfindən söylənilmiş bəzi kəlamlarda olan çatışmamazlıqlardan bəhs ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Ötən il “Web of Science” elmi bazasında Azərbaycan üzrə rekord sayda elmi-tədqiqat işi qeydə alınıb

2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi-tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir. Ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. Respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz […]

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi AMEA-da anılıb

Aprelin 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib. Elm, təhsil və səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Zərifə Əliyevanın Azərbaycan tibb elminin, xüsusi ilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, […]

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında ölkə Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri Komissiyanın üzvləri Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının […]

Faydalı linklər