Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev “Qarışıq normalı və çəkili Lebeq fəzasında verilmiş ikiölçülü Hardi operatorun qeyri-xətti diferensial tənliklər ilə əlaqəsi” mövzusunda məruzə edib. Məruzədə ikiölçülü Hardi operatoru, qarışıq normalı və çəkili Lebeq fəzası və iki […]
20/04/2018
Bu gün AMEA Rəyasət Heyətində ABŞ-ın Voterlo Universitetinin Riyaziyyat fakültəsinin dekanı, professor Stefan Vatt və həmin universitetin Riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru, professor İlham Axundov ilə görüş keçirilib. Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi və qurumun Azərbaycan elminin inkişafında rolu haqqında məlumat verib. Bildirib ki, AMEA fəaliyyət göstərdiyi […]
20/04/2018
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 19 aprel 2018-ci il tarixində “Azərkosmos” ASC-də Azərbaycan Milli Aviasiya Akademiyası ilə birgə keçirilən konfransda iştirak edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
20/04/2018
19 aprel 2018-ci il tarixində Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Milli Aviasiya Akademiyası, Azərkosmos və Şamaxı Astrofizika Rəsədxanasının birgə konfransı keçirilib. Konfransda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iştirak edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
20/04/2018
Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Qeyri Xətti Elmlər və Tətbiqlər Jurnalı”nın redaksiya heyətinin üzvü seçilib. Jurnal (“Journal of Nonlinear Sciences and Applications” (JNSA http://www.isr-publications.com/jnsaıç ISSN 2008-1898) qeyri-xətti analiz sahəsində elmi məqalələrin operativ dərc edilməsini təmin edən beynəlxalq elmi nəşrdir. Nəşrin məqsədi nəzəri və tətbiqi qeyri-xətti […]
20/04/2018
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 20 aprel 2018-ci il tarixində işıq üzü görüb. Qəzetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA-da elan olunan müsabiqə haqqında, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə Lənkəran Dövlət Universiteti arasında imzalanan memorandum, akademiyanın Gəncə və Şəki bölmələrində baş tutan […]