Yer kürəsinin öz oxu ətrafında fırlanması həyat ritmini gecə-gündüzün növbələşməsini və sutkanın uzunluğunu müəyyən edir. İnsanlar sutkanın daima eyni təxminən 24 saat olduğunu düşünməyə öyrəşiblər. Amma əslində planetimizin fırlanma sürəti heç vaxt tam sabit olmayıb. Müxtəlif mürəkkəb qüvvələrin təsiri altında bu sürət azacıq dəyişir. Bu dəyişikliklər o qədər kiçikdir ki, adi insan onları hiss etmir, […]
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb. Əmrdə deyilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma […]
“Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyi tərəfindən keçirilən “QS Stars” audit qiymətləndirməsində Lənkəran Dövlət Universitetinin fəaliyyəti 3 ulduz (“yaxşı”) ilə qiymətləndirilib/Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Lənkəran Dövlət Universiteti 3 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf […]
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Bu sayın ön səhifəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri və Prezident İlham Əliyev ilə birgə keçirdiyi görüşlər, ziyarətlər haqqında məlumat təqdim olunur. Bugünkü buraxılışda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunan lektoriya, Azərbaycan milli mətbuatının yaranmasının […]
İyulun 17-si görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anım günüdür. Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dağ mühəndisi ixtisası üzrə bitirmişdir (1949). 1951-ci ildə fəlsəfə doktoru, 1957-ci ildə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə […]
Alimlər dərin kosmosdan gələn radioşüalanmanın mənşəyini müəyyən etməyə çalışırlar, lakin hətta əvvəllər ən mümkün hesab edilən nəzəriyyələr belə aşkarlanmış siqnalın davranışını izah edə bilmir. Astronomlar Yerə hər 14 dəqiqədən bir çatan radiosiqnallar aşkar ediblər. Son illərdə oxşar dövriyə malik bir neçə radio mənbə aşkarlansa da, bu mənbə siqnalın ekstremal polyarizasiyası və sürətlənməsi ilə digərlərindən fərqlənir. Yeni radiosiqnal “uzun […]