Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Həndəsə

Həndəsə Riyaziyyatın cisimlərin formasını və fəza münasibətlərini öyrənən çox qədim hissəsidir. Həndəsə predmeti və üsulları, onun çoxəsrlik inkişafı nəticəsində çox böyük dəyişikliyə uğramışdır. B.e.ə. V əsrdən Həndəsə inkişafının yeni mərhələsi başlanır. Qədim yunan riyaziyyatçıları tərəfindən Həndəsə aksiomatik qurulması təşəbbüsləri olur. Evklidin “ Başlanğıclar” əsəri (b.e.ə. III əsr) bu istiqamətdə atılmış böyük addım hesab edilməlidir.. Həndəsə […]

“Qeyri-harmonik analiz” şöbəsinin yarımillik fəaliyyəti

Hesabat dövrü ərzində “Qeyri-harmonik analiz ” şöbəsində “Freym nəzəriyyəsi və onun tətbiqləri” və “Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələri” mövzuları üzrə elmi tədqiqat işləri aparılmış və 15 iş yerinə yetirilmişdir. Şöbənin həftənin 3-cü günləri ( 12:00 ) və 4-cü günləri (11:00) müntəzəm elmi seminarları keçirilir. Şöbə əməkdaşlarının əksəriyyəti ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuldurlar. […]

Eratosfen şəbəkəsi (xəlbiri)

Eratosfen şəbəkəsi (xəlbiri) – bütün natural ədədlərdən sadə ədədləri ayırmağın çox qədim üsullarından biridir. Bu üsul  qədim yunan alimi Eratosfenə məxsusdur (b.e.ə. III əsr). Eratosfen şəbəkəsi ilə n-ə qədər sadə ədədləri ayırmaq üçün 2-dən n-ə qədər, natural ədədləri yazırlar. Əvvəlcə 2-yə bölünən bütün ədədlərin üstündən, növbəti addımda qalan ədədlər arasında 3-ə bölünən ədədlərin, sonra 5-ə bölünən […]

“Elastiklik və plastiklik nəzəriyyəsi ” şöbəsinin yarımillik fəaliyyəti

Şöbədə ” Qeyri bircins və anizatrop konstruksiya elementlərinin əyilməsi, dayanıqlığı və rəqsi hərəkətləri” mövzusu üzrə 6 elmi iş aparılır. İş A: Dartılmaya sıxılmaya müxtəlif müqavimət göstərən tirin əyilmədə dayanıqlığı (V.C. Hacıyev). Tirin mexaniki xassəsi təkrar elastikliyə malik plastik materaildır və en kəsiyi iki simmetriya oxuna malikdir. Ümumi halda məsələnin həlli əyinti və dönmə bucağına nəzərən […]

Leybnis Hotfrid Vilhelm

Leybnis Hotfrid Vilhelm (1646-1716) Alman filosofu, riyaziyyatçısı, fiziki, hüquqşünası, tarixçisi və dilçisidir. 1700-cü ildə özünün təşəbbüsü ilə yaradılmış Berlin Elm Cəmiyyətinin (sonralar EA) ilk prezidenti olmuşdur. Riyaziyyatda Leybnis Nyutondan asılı olmayaraq diferensial və inteqral hesabını yaratmış, diferensial və inteqral hesabından sistematik oçerklər nəşr etdirmişdir (1684-1686). Burada diferensiala və inteqrala tərif vermiş, onları uyğun olaraq və […]

“Funksional analiz” şöbəsinin yarımillik  fəaliyyəti

“ Funksional analiz ” şöbəsində plana əsasən təsdiq olunmuş “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” və “Diferensial operatorların spektral analizi” mövzuları üzrə 18 iş aparılır. İmmiqrasiyalı şaxələnən stoxastik proseslərin tədqiqi üzrə işlər davam etdirilmiş və bu proseslər üçün limit teoremləri alınmışdır. Bundan başqa elliptik, cırlaşmayan tənliklərin həllərinin qiymətləndirilməsi stoxastik diferensial tənliklərin tətbiqi ilə aparılmışdır. Müəyyən […]

Faydalı linklər