14/11/2017
ABŞ-ın Stenford Universitetinin laboratoriyasının alimləri tərəfindən hazırlanmış yeni material insanı soyuq havada isitmə, isti havada isə sərinləşdirmə qabiliyyətinə malikdir. Unikal iki qatdan ibarət olan parça geyimlərin hazırlanması ilə yanaşı, yüksək texnologiyalar sahəsində də istifadə edilə bilər. Sputnik.fm saytının məlumatına görə, materialın hazırlanmasında xüsusi komponentlərdən istifadə edilib. Belə ki, daxili qatı nanoməsaməli polietilendən hazırlanan material temperatur […]
14/11/2017
15.11.2017-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçiriləcək. İclasda aşagıdakı məsələlər müzakirə olunacaq: AMEA Riyaziyyat və Mexanika İnstitutunun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında şöbələrin illik hesabatları: “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsi; “Cəbr və riyazi məntiq” şöbəsi; “Hesablama riyaziyyatı və informatika” şöbəsi; 2. “Diferensial tənliklər” şöbəsinin böyük […]
14/11/2017
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun bir qrup alimi faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar apararaq uğurlu nəticə əldə edib. İnstitutdan bildirilib ki, dağ-mədən işlərində üzə çıxan tullantılardakı təbii mineral birləşmələr neft sənayesinin tullantılarındakı birləşmələrə əlavə edilib və nəticədə əldə olunan […]
14/11/2017
Türkiyənin Kocaeli Universitetində dünya şöhrətli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadəyə həsr olunan anma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Kocaeli Universitetinin riyaziyyat klubu tərəfindən təşkil olunmuş mərasimdə professorlar Zahir Muradoğlu və Əli Dəmir, tələbə Fidan […]
14/11/2017
Alternativ energetika və ətraf mühit üçün təhlükəsiz olan, eyni zamanda yüksək keyfiyyətli yanacağın yaradılması bəzən alimləri alınmanın olduqca zərif üsullarını fikirləşməyə məcbur edir. Məsələn, Koreya tədqiqatçıları bu yaxınlarda havadan yanacağın istehsal texnologiyasını təqdim etdilər. Həm də bu danışıq fiquru deyil, Nature Communications jurnalında təsvir edilmiş real texnologiyadır. Cənubi Koreyanın kimyaçılar qrupu yalnız günəş işığının enerjisindən […]
13/11/2017
Noyabrın 13-də AMEA-nın Əsas binasında BMT Malta Beynəlxalq Qocalma İnstitutu, Azərbaycan Herontoloqlar Cəmiyyəti və AMEA-nın birgə təşkilatçılığı ilə Herontologiya və heriatriya üzrə beynəlxalq məktəbin açılışı baş tutdu. Tədbiri giriş sözü ilə açan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov yeni məktəbin ölkədə herontologiya və heriatriya sahəsində yeni nailiyyətlərin əldə olunması baxımından böyük […]