Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olmuşdur. Əşrəf Hüseynov fundamental tədqiqatlar müəllifi kimi aldığı nəticələr, yaratdığı nəzəriyyə və açdığı yeni istiqamətlərlə Azərbaycanda çoxəsrlik tarixə malik riyaziyyat elmini daha da zənginləşdirmiş, onun müasir mərhələdə inkişafına dəyərli töhfələr vermişdir. Uzun illər pedaqoji […]

Yer kürəsi böyüklüyündə yeni planet kəşf edilib

Günəş sisteminə qismən yaxın məsafədə mülayim iqlimə malik Yer kürəsi böyüklüyündə bir planet aşkarlanıb. www.science.az xəbər verir ki, Çilidəki La Silla Rəsədxanasında yüksək dəqiqlikli cihazlar vasitəsilə kəşf edilən planetin 11 işıq ili uzaqda olduğu bildirilib. Yer kürəsinə ikinci ən yaxın planet olan yeni kəşfə “Ross 128 b” adı verilib. Yeni planetin öz ulduzu ətrafında Yer […]

“Qaz – maye mühitlərində səs dalğalarının sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Faiq Nağıyev “Qaz–maye mühitlərində səs dalğalarının sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda məruzə edib. Məruzədə mayedə qaz qabarcıqlarının olmasına görə səs dalğalarının sönməsini və dispersiyasını təsvir edən nəzəri tədqiqatların nəticələri təqdim edilib. […]

E L A N

16.11.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda məruzə edəcəkdir. Məruzə Veyerştras düsturu və kafi şərtlər haqqındadır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “525-ci qəzet”-də  “Akademik Əşrəf Hüseynov” adlı məqaləsi çap olunub

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Ölkəmizin elmi ictimaiyyəti müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, böyük elm və təhsil təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Əşrəf İskəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyini qeyd etməyə hazırlaşır. Onun tələbələrindən biri kimi hörmətli müəllimimin əziz xatirəsini bir daha yad etmək və “525-ci qəzet”in oxucularına […]

“Funksional analiz” şöbəsinin illik fəaliyyəti

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “ Funksional analiz ” şöbəsində 2017-ci ildə plana əsasən təsdiq olunmuş “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” və “Diferensial operatorların spektral analizi” mövzuları üzrə 17 iş aparılıb. Mövzu: “Operatorlar cəbri və ehtimal nəzəriyyəsinin bir sıra məsələlərinin tədqiqi” İş: “Immiqrasiyalı şaxələnən stoxastik proseslər üçün limit teoremləri” İcraçı: f-r.e.d., prof., baş.e.i. […]

Faydalı linklər