Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

İyulun 10-da Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda dünyanın 15 ölkəsindən – Azərbaycan, Rusiya, Yaponiya, Polşa, Hindistan, Tunis, İtaliya, […]

“Web of Science” üzrə sertifikatlar təqdim olunub

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA Rəyasət Heyəti və “Thomson Reuters” agentliyinin Moskva və Kiyev nümayəndəlikləri tərəfindən AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı keçirilib. 11-12 iyul 2017-ci il tarixlərdə keçirilən sertifikasiya proqramında AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edib. Sonda “Web of Science” məlumat platforması üzrə sertifikasiya […]

Elmi–texniki informasiya şöbəsinin yarımillik fəaliyyət

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının elmi işlərinin kataloquna 80 məqalənin kartları yerləşdirilib, o cümlədən yerli və xaricdə çap olunmuş məqalələr, tezislər, kitab və monografiya. Şöbəyə daxıl olmuş 8 dissertasiya (2 doktorluq və 6 namizədlik) avtoreferatları kataloqa yerləşdirilmişdir. Daha ətraflı>> © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Pifaqor teoremi

Pifaqor teoremi – Evklid həndəsəsində belə bir teorem: “Düzbucaqlı üçbucaqda hipotenuzun uzunluğunun kvadratı katetlərin uzunluqlarının kvadratları cəminə bərabərdir.” Burada, əlbəttə, fərz olunur ki, bütün tərəflər eyni vahidlə ölçülür. Pifaqor teoremi yalnız Evklid həndəsəsində doğrudur. Bu teorem Evklidin paralellik aksiomu ilə eynigüclüdür. Pifaqor teoremi isbatını Pifaqora (b.e.ə. VI əsr) aid edirlər. Lakin bu teorem bir fakt […]

Pifaqor ədədləri

Pifaqor ədədləri x² + y² = z² tənliyini ödəyən natural ədədlərdən ibarət üçlükdür. Bu tənliyin bütün natural həlləri x = (a² – b²) · n ,  y=2abn , z = (a²+b²)· n düsturlarından alınır. Bnurada  a, b, n ixtiyari natural ədədlərdir (a > b ). Tam əmsallı çoxdəyişənli tənliklərin Natural ədədlər çoxluğunda həlli ilə qədim dövrün […]

“Riyazi analiz” şöbəsinin yarımillik fəaliyyəti

“Riyazi analiz” şöbəsində  Harmonik analizin müasir problemləri mövzusunda iş aparılır. Şöbənin əsas prioritet istiqaməti Harmonik Analizin Müasir Problemləridir. Plana uyğun şöbədə 6 mövzuda tədqiqat işləri aparılır. 2017-ci ildə şöbənin əməkdaşlarının 9 elmi məqaləsi, bunlardan 6-sı İmpakt Faktorlu jurnallarda çap olunmuş, 15 məqalə isə çapa qəbul olunmuşdur, bunlardan 10-u İmpakt faktorlu jurnallardır. Daha ətraflı>> © Bütün […]

Faydalı linklər