Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Soft kompütinq, sözlə və persepsiyalar ilə hesablama və onların sistemli təhlil, qərar qəbuletmə və idarəetmədə tətbiqi üzrə doqquzuncu beynəlxalq konfrans ICSCCW 2017

Hörmətli əməkdaşlar! Sizi 2017-ci ilin avqust ayının 24-25-də Budapeştdə keçiriləcək Soft Komputing, sözlə və persepsiyalar ilə hesablama üzrə doqquzuncu beynəlxalq konfrasda (İCSCCW-2017) iştirak etməyə dəvət edirik. Konfransa təqdim edilmiş məqalələrdən qəbul olunanları Procedia of Computer Science Journal (Conference Proceedings Citation İndex, Web of Science və Scopus və Scopus indeksli)-da nəşr olunacaq. Konfransın mövzusu aşağıda göstərilən […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar məktəbi Çeva və Menelay teoremlərinin tətbiqi mövzusunda seminar keçirir. Seminar mayın 4-ü saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək. Seminarda Çeva və Menelay teoremlərinin tətbiqi ilə məsələlər həll olunacaq. […]

Professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq konfransa plenar məruzə ilə çıxış edib

AMEA Riyaziyyat və Mexanika İnstitutun “Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştrak edib. Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mardanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov aprelin 26-28 […]

E L A N

04.05.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Şakir Yusubov “Dirixle məsələsinin iki müxtəlif qoyuluşu” mövzusunda məruzə edəcəkdir. Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə baxılır. Bu məsələnin klassik Dirixle məsələsinə ekvivalentliyi isbat olunur. © Bütün hüquqlar […]

“Publicationes Mathematicae Debrecen” jurnalında çap olunan məqalə

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Publicationes Mathematicae Debrecen” (Impact Factor 0.438) jurnalında 2017-ci ildə cild 90, № 1-2-də 23 səhifəlik “Vanishing generaized Orlicz-Morrey spaces and fractional maximal operator” adlı məqaləsi çap olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin “Akustik sərhəd şərtləri” mövzusunda seminarı keçirilib

01 may 2017-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçirilib. Seminarda dos. Sevda İsayeva “Akustik sərhəd şərtləri” adlı mövzu ilə çıxış edib. Çıxışda hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər haqqında alınmış nəticələr müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]