Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

03.05.2017-ci il tarixində saat 14.00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda dosent İradə Hətəm qızı Mirzəzadə “Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual informasiya sisteminin işlənməsi (dəm qazı timsalında)” mövzusunda çıxış edəcəkdir. Bu elmi iş toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. […]

E L A N

03.05.2017-ci il saat 15:00-da Ümuminstitut seminarında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının proffessoru Mirzəyev Q.A. “Ümumiləşmiş Yakobi matrisləri polinomial əmsallı adi diferensial operatorların matris göstərilişi kimi” mövzusunda məruzə edəcəkdir. Məruzə L2(-∞;+∞) fəzasında polinomial əmsallı xətti diferensial ifadələrin doğurduğu minimal diferensial operatorların matris göstərilişinə həsr olunmuşdur. İrrequlyar diferensial ifadələr halı, yəni bu […]

E L A N

03.05.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dovlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “ALTINCI TƏRTİB BİR PSEVDOPARABOLİK TƏNLİK ÜÇÜN DİRİXLE MƏSƏLƏSİNİN İKİ MÜXTƏLİF QOYULUŞU” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə […]

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda seminarı keçirilib

Bu gün AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirilib. Seminarında “Riyazi analiz” şöbəsinin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunun davamı dinlənilmişdir. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında geniş məlumat verilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA Riyaziyyat və Mexanika İnstitunun hesabat ilində apardığı tədqiqatlar və əldə etdiyi elmi nəticələr

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2016 hesabat ili müddətində Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş prioritet istiqamətlər proqramına uyğun olaraq 17 mövzu və 105 iş üzrə (78-i riyaziyyat, 27 isə mexanika olmaqla) tədqiqat aparılmışdır. İnstitutunda elmi-tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə (5-i riyaziyyat, 1-i mexanika olmaqla) 6 istiqaməti əhatə edir. Hesabat ilində altı elmi […]

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 7-ci mühazirə YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirə keçirib. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev […]