Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

07.06.2017-ci il tarixində Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir. Məruzədə özlüelastikiyyət nəzəriyyəsinin daxilində topa qüvvə təsir edən sonsuz müstəvi haqqında qoyulmuş kvazistatik sərhəd məsələsinin dəqiq həllini təyin edən teorem isbat olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

“Riyazi analiz” şöbəsinin “Qrand Sobolev-Morri tipli fəzalarının bəzi xassələri” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmlər doktoru, professor Nəcəfov Alik Malik oğlu “Qrand Sobolev-Morri tipli fəzalarının bəzi xassələri” mövzusunda məruzə edib. Məruzədə qrand Sobolev-Morri tipli fəzalarının bəzi xassələri haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

E L A N

05.06.2017-сi ildə saat 12.00-da “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda şöbənin müdiri r.e.d. Vüqar İsmayılov “C(X) fəzasının altcəbrləri üçün dövrlər, yarımdövrlər və bu anlayışların doğurduğu funksionallar” mövzusunda məruzə edəcək. Məruzədə cəbrlər cəmi üçün “dövr” və “yarımdövr” anlayışları daxil ediləcək və bu anlayışların doğurduğu funksionalların cəbrlər cəmi ilə göstəriliş məsələsində əhəmiyyətli rolundan danışılacaq. © Bütün […]

Gənc Riyaziyyatçılar Məktəbinin Nyuton binomu və birləşmələr nəzəriyyəsində qrafiki üsullar mövzusunda seminarı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar məktəbi Nyuton binomu və birləşmələr nəzəriyyəsində qrafiki üsullar mövzusunda seminar keçirib. Seminarı Türkiyə Dəyanət Vəkfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Əlizadə Səhər aparıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

02.06.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmlər doktoru, professor Nəcəfov Alik Malik oğlu “Qrand Sobolev-Morri tipli fəzalarının bəzi xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qrand Sobolev-Morri tipli fəzalarının bəzi xassələri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib

AMEA  Riyaziyyat və Mexanika İnstitutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov 19.05.2017-20.05.2017-ci il tarixlərində Başqırdstan Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən “Modern Mathematics and its Applications” konfransında iştirak edib. Konfransda “Statistik yığılma, onun ümumiləşməsi, kəsilməz hal və Furye-Stiltyes çevirməsinə tətbiqi” mövzusunda plenar məruzə ilə çıxış edib. Sonra 24.05.2017-27.05.2017-ci il tarixlərində professor Bilal […]

Faydalı linklər