Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın “Qonaq Evi”nın açılışı olub

22 sentyabr 2017-ci il tarixində Bakıda AMEA-nın “Qonaq Evi”nin açılış mərasimi baş tutub. Mərasimdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, bölmələrin akademik-katibləri, Rəyasət Heyəti aparatının idarə rəisləri və digər məsul şəxslər iştirak edib. Öncə AMEA prezidenti, akademik Akif Əlizadə “Qonaq evi”nin açılışını bildirən rəmzi lenti kəsib. Sonra mərasim iştirakçıları qonaq evini gəzərək, burada yaradılan şərait, müasir dizaynda […]

Strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı təsdiq edilib

Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclasında “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanla akademiya qarşısında mühüm […]

E L A N

27.09.2017 –ci il saat 10.00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “Dominant qarışıq törəməli bəzi tənliklər üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları “ mövzusunda məruzə edəcəkdir. Məruzədə hamar olmayan əmsallı dominant qarışıq törəməli bəzi tənliklər üçün klassik və klassik olmayan Dirixle məsələlərinin ekvivalentliyi isbat olunur, məsələnin korrekt həll olunması […]

Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans işə başlayıb. Tədbir AMEA-nın İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan-Çin münasibətlərinin tarixindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfərini xatırladıb. Diqqətə çatdırılıb ki, […]

Həmkarlar ittifaqı təşkilatının hesabat – seçki yığıncağı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında 20 sentyabr 2017-ci il tarixində Həmkarlar ittifaqı təşkilatının hesabat-seçki iclası keçirildi. İclasda institutun 60-a yaxın əmakdaşı və akademiyanın azad həmkarlar ittifaqı təşkilatının sədr müavini Səyyar Abdullayev iştirak edirdi. İclası professor Nadir Süleymanov açıq elan etdi. Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar ittifaqı təşkilatının sədri dos. Əli Babayev təşkilatın 5 […]

E L A N

22.09.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Mənfi olmayan potensiallarla bağlı Şredinger tipli operatorların lokal ümumiləşdirilmiş Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə mənfi olmayan potensiallarla bağlı Şredinger tipli operatorların lokal ümumiləşmiş Morri fəzalarında məhdudluğu haqqında […]

Faydalı linklər