Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyazi analiz” şöbəsinin “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “İkidəyişənli Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzəsi olub. Məruzədə ikidəyişənli Bernşteyn-Xladovski polinomları üçün Voronovskaya tipli teoremlər haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

01.05.2017-ci il saat 12:00-da AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarında “Riyazi analiz” şöbəsinin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunun davamı olaraq məruzəsi olacaqdır. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Gənc Riyaziyyatçılar Məktəbinin “Dirixle prinsipinin tətbiqləri: Çin qalıq teoremi; Ramsey ədədi” mövzusunda mühazirəsi keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle prinsipinin tətbiqləri: Çin qalıq teoremi; Ramsey ədədi ” mövzusunda mühazirə keçirib. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi […]

E L A N

01 may 2017-ci il tarixində saat 13.00-da “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçiriləcək. Seminarda dos. Sevda İsayeva “Akustik sərhəd şərtləri” adlı mövzu ilə çıxış edəcək. Çıxışda hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələlər haqqında alınmış nəticələr müzakirə ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Professor Misir Mərdanovun “Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış” mövzusunda silsilə məqalələri

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 525-ci qəzetdə “Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış” mövzusunda silsilə məqalələri çap olunur. Professor Misir Mərdanov: “Hörmətli oxucular, məlumat üçün bildirirəm ki, bu gün müxtəlif səbəblərdən 100-dən çox riyaziyyatçı alim dünyanın müxtəlif ölkələrində – ABŞ, Kanada, Meksika, […]

Fermanın kiçik teoremi

Fermanın kiçik teoremi – natural ədədlərin bölünməsi nəzəriyəsində ən fundamental faktlardan biridir. Teoremin ifadəsi belədir: Əgər p sadə ədəddirsə, a ədədi p-yə bölünməyən natural ədəd olarsa, onda  ap-1 ədədi p-yə bölünəndə qalıqda 1 qalır. Teoremi başqa cür belə ifadə etmək olar: “Əgər p sadə ədəd, a ixtiyari natural ədəddirsə, (ap-a) ədədi p-yə bölünür.” Ferma bu […]

Faydalı linklər