21/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. 6-cı mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət” mövzusunda çıxış edib. Keçirilən […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Çəkili ikidəyişənli kəsilməzlik modulunun xassələri” mövzusunda məruzəsi olub. Məruzədə ikidəyişənli funksiyanın çəkili kəsilməzlik modulunun əsas xassələrinin isbatı müzakirə edilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
Bu gün “Maye və qaz mexanikası” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü Pənahov Qeylani “Sürtünmədən yaranan elektrostatik potensialın qaz dinamikasına təsiri” mövzusunda məruzə edib. Məruzədə, elektrikkeçiriciliyə malik qazlı maye sistemlərində axında yaranan elektrostatik potensialın qaz qabarcıqlarının yaranması və genişlənmədə radiusunun dəyişilməsinə təsirinə baxılıb. Alınmış tənliklər sistemini ədədi üsulla həll etməklə, qabarcıqların […]
21/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirə keçirib. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev […]
“Funksional analiz”şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbə müdiri prof. H.İ.Aslanov “Yüksək tərtibli operator-diferensial tənliklərin Qrin funksiyasının tədqiqi”mövzusunda məruzə edib. Müəllif bu istiqamətdə ilk araşdırma olan M.Bayramoğlunun nəticələri haqqında ətraflı məlumat verib, daha sonra özünün və tələbələrinin bu istiqamətdə aldığı nəticələri şərh etmişdir. Son dövrlərdə sonlu parçada operator-diferensial tənliklərin spektral xassələrinin öyrənilməsi istiqamətində alınmış bəzi nəticələr […]
24.04.2017-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir (otaq 705, mərtəbə 7). Seminarda şöbənin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblının “Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması vaxtının proqnozlaşdırılması” mövzusunda ikinci məruzəsi olacaqdır. Məruzədə konstruksiyaların təsadüfi yüklənmələrin təsiri altında dağılmasının proqnozlaşdırılması məsələsinin həlli veriləcəkdir. […]