02/06/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar məktəbi Nyuton binomu və birləşmələr nəzəriyyəsində qrafiki üsullar mövzusunda seminar keçirib. Seminarı Türkiyə Dəyanət Vəkfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Əlizadə Səhər aparıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
02.06.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmlər doktoru, professor Nəcəfov Alik Malik oğlu “Qrand Sobolev-Morri tipli fəzalarının bəzi xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qrand Sobolev-Morri tipli fəzalarının bəzi xassələri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
01/06/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov 19.05.2017-20.05.2017-ci il tarixlərində Başqırdstan Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən “Modern Mathematics and its Applications” konfransında iştirak edib. Konfransda “Statistik yığılma, onun ümumiləşməsi, kəsilməz hal və Furye-Stiltyes çevirməsinə tətbiqi” mövzusunda plenar məruzə ilə çıxış edib. Sonra 24.05.2017-27.05.2017-ci il tarixlərində professor Bilal […]
“Hesablama riyaziyyatı və informatika” şöbəsinin növbəti seminarında böyük elmi işçi, t.e.n. Sadıxov Vüqar Vaqif oğlu “MATLAB proqramlaşdırma mühitində elektrik intiqalının idarəetmə interfeysinin yaradılması. Polimerlərin keyfiyyətinə nəzarət məsələlərinə tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sabit cərəyan intiqallarının rejim parametrlərinə avtomatik nəzarət və idarə funksiyalarının geniş əhatə dairəsini həyata keçirən proqram kompleksi diqqətə çatırılıb. “MATLAB & […]
01/06/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Integral Transforms and Special Functions” (Impact Factor 0.528) jurnalında 2017-ci ildə cild 28, № 4-də 17 səhifəlik “A characterization for Adams type boundedness of the fractional maximal operator on generalized Orlicz-Morrey spaces” adlı məqaləsi çap olunub. © Bütün hüquqlar […]
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Birinci və ikinci tərtib sub-diferensial” mövzusunda məruzə edib. Məruzədə müəllif tərəfindən verilən birinci və ikinci tərtib sub-diferensialın bəzi xassələri öyrənilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.