Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda beynəlxalq uşaqlar günü münasibətilə tədbir keçirdi.

Mayın 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 1 İyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə institututun Həmkarlar Təşkilatı tədbir keçirdi. Tədbirdə institut əməkdaşlarının uşaqları iştirak etdi. Uşaqların bilik və bacarıqları nümayiş etdirildi. Üç istiqamət- şeir demək, rəsm çəkmək, rəqs etmək üzrə yarışlar keçirildi. Qalib gələn balacalar medallar və hədiyyələrlə  mükafatlandırıldı.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında BDU-nun “Riyazi analiz” kafedrasının müəllimi Rövşən Poladov riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib.

​Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında  BDU-nun “Riyazi analiz” kafedrasının müəllimi Rövşən Poladov riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib. ​Qeyd edək ki, dissertasiyada alınmış nəticələr 10 elmi işdə öz əksini tapıb.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında “Dalğa dinamikası” şöbəsinin kiçik elmi işçisi Fərid Vəliyev riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Konsentrik quraşdırılmış silindrik cismlərin elastiklik nəzəriyyəsinin tərs məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib.

​Mayın 23-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında “Dalğa dinamikası” şöbəsinin kiçik elmi işçisi Fərid Vəliyev riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Konsentrik quraşdırılmış silindrik cismlərin elastiklik nəzəriyyəsinin tərs məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib. ​Dissertasiyada alınmış nəticələr 9 elmi işdə öz əksini tapıb.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Veteranlar Şurasının iclası keçirilib.

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Veteranlar Şurasının iclası keçirilib.  İclasda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov, AMEA-nın Birləşmiş Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış ediblər. İnstitutun veteran əməkdaşlarının siyahısının dəqiqləşdirilməsi, onlar haqqında məlumatların müvafiq qurumlara göndərilməsi, veteranlar qarşısında duran vəzifələr və s. kimi məsələlər  iclasda müzakirə […]

Mayın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirildi.

Mayın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun seminarında Türkiyə Cümhuriyyəti, Gebze Texnoloji İnstitutunun Riyaziyyat bölməsinin əməkdaşı  Mənsur İsmayılovun “Üç-dalğa qarşılıqlı təsirinin xətti sistemi üçün tərs səpilmə məsələsi və onun bəzi tətbiqləri”  mövzusunda məruzəsi dinlənilib. Məruzədə üç tənlikdən ibarət birtərtibli hiperbolik sistem üçün bütün oxda və bərabər sürətli iki gələn dalğa halında yarımoxda tərs səpilmə məsələləri,bütün oxda […]

E L A N

21.05.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyə Cümhuriyyəti, Gebze Texnoloji İnstitutunun Riyaziyyat bölməsinin professoru  Mənsur İskəndər oğlu İsmayılov “Üç-dalğa qarşılıqlı təsirinin xətti sistemi üçün tərs səpilmə məsələsi və onun bəzi tətbiqləri”  mövzusun-da məruzə edəcəkdir. Üç tənlikdən ibarət birtərtibli hiperbolik sistem üçün bütün oxda və bərabər sürətli iki gelen dağla halında yarımoxda tərs səpilmə məsələləri araşdırılır. Bütün […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər