Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

01.12.2016-cı il saat 10:30-da «Optimal idarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.e.d Vaqif Maarif oğlu Abdullayev «YÜKLƏNMİŞ ADİ VƏ XÜSUSİ TÖRƏMƏLİ DİFERENSİAL TƏNLİKLƏRLƏ TƏSVİR OLUNAN PROSESLƏR ÜŞÜN OPTİMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİNİN ƏDƏDİ HƏLL ÜSULLARI» mövzusunda məruzə edəcəkdir. Məruzədə adi və xüsusi törəməli yüklənmiş diferensial tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün […]

“Sərhəd şərtlərinə spektral parametr və operator daxil olan ikinci tərtib elliptik diferensial-operator sərhəd məsələlərinin həll olunması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Bəhram Əliyev “Sərhəd şərtlərinə spektral parametr və operator daxil olan ikinci tərtib elliptik diferensial-operator sərhəd məsələlərinin həll olunması” mövzusunda məruzə edib. Məruzədə spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtində spektral parametr və xətti operator iştirak edən sərhəd məsələlərinin həll olunması araşdırılmış, […]

E L A N

30.11.2016-cı il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Bəhram Əliyev “Sərhəd şərtlərinə spektral parametr və operator daxil olan ikinci tərtib elliptik diferensial-operator sərhəd məsələlərinin həll olunması” mövzusunda məruzə edəcəkdir. Məruzədə spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtində spektral parametr və xətti operator iştirak edən sərhəd məsələlərinin […]

Dissertasiya Şurasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iki dissertasiya işi müdafiə edilib

25 noyabr 2016-cı il tarixində  AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Aida Ağaisa qızı Dünyamalıyevanın “Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda, 16:00 -da isə Kamalə Razim qızı Rəhimovanın “Bir sinif anizotrop subxətti operatorların […]

Azərbaycanlı riyaziyyatçı alim Arif Səlimovun tədqiqat layihəsi TÜBİTAK-ın qalibi olub

Azərbaycanlı riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimovun 2016-cı ildə 1001- tədqiqat layihəsi (MFAG 116F220 “Diferansiyel geometrik yapıların lift problemleri”) Türkiyə Dövlətinin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK-ın) riyaziyyat sahəsində 2 qalib layihədən biri olmuşdur. ətraflı>> Layihənin 3 ilə tamamlanması nəzərdə tutulur, sonda layihənin nəticələri Springer nəşriyyatında kitab şəklində çap olunacaq. Onu da qeyd […]

Riyaziyyat elmlərini dəstəkləyən fond

Bu gun təqdim et! Riyaziyyat sahəsində maliyyələşdirilməyə ehtiyacı olan proyekt üzərində işləyirsinizmi? Gənc mütəxəssisiniz və Konfransda iştirak etmək üçün qranta ehtiyacınız varmı? Elsevier Riyaziyyat Elmlərinin Dəstək Fondu Sizə yardımçı ola bilər! Bu fond riyaziyyat sahəsində işləyən qrup və fərdi şəxsləri dəstəkləyir. 2017-ci il üçün 500-5.000 dollar həcmində bir illik qrantlar qəbul edilir: 1. Gənc alimlər […]