Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dekart Rene (1596-1650)

Dekart həyatda öz yerini dərhal tapmamışdır. Mənşəcə zadəgan olan bu şəxs La-Fleşdə kolleci bitirdikdən sonra Parisin kubar həyatına aludə olmuşdur. Sonralar Dekart elmlə məşğul olmaq xatirinə hər şeyi atmışdır. Dekart tələsmədən öz gələcək təliminin (dünyanın analitik üsulla dərk edilməsi) hüdudlarını müəyyənləşdirirdi və bunun üçün həyat təcrübəsi toplayırdı. O, fəlsəfə və başqa elmlərdə riyazi qanunlar tapmağa […]

“Cəbr və riyazi məntiq” şöbəsinin “Topoloji cəbrlər” mövzusunda seminarı keçirilib

Bu gün saat 12:00-da “Cəbr və riyazi məntiq” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi , f.-r.e.n. Aydın İsrafil oğlu Şahbazov “Topoloji cəbrlər” mövzusunda məruzə edib. Məruzədə topoloji cəbrlərdə cəbri əməllərin və topologiyanın verilməsi, onların bir-biri ilə əlaqəsi araşdırılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

“Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı öz işini davam etdirir. 10 aprel 2017-ci il tarixində saat 13.00-da “Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı keçiriləcək. Seminarda şöbənin magistrantı Yetər Fərhadova “”Bresse Timoşenko sistemləri” mövzusunda çıxışını davam etdirəcək. Məruzədə […]

“Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilib

05.04.2017-ci il tarixində “Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda məqsəd C. Gutierrez və F. Tournier tərəfindən yazılmış ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsinin əsas nəticələrini müzakirə etmək idi. Şöbənin baş elmi işçisi, professor Fərman Məmmədov yuxarıda qeyd etdiyimiz məqalə və onun müəllifləri haqqında məlumat verdi. Müzakirə edildi ki, normal divergent […]

Gənc Riyaziyyatçılar Məktəbinin “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda mühazirəsi keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n. İbrahim Məhərov “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda çıxış edib. İbrahim Məhərov mühazirədə Eyler düz xətti və Eyler düstürü haqqında, Çeva və […]

“3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda «Optimal İdarəetmə» şöbəsinin seminarı keçirilib

«Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda məruzə edib. Məruzədə 3 […]

Faydalı linklər