Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

01.03.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Rüstəmova Məhsəti Akif qızının “Aralarında maye olan konsentrik yerləşmiş iki silindrik örtüyün parametrlərin müxtəlif qiymətlərində sərbəst rəqslərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə aralarında maye olan iki konsentrik silindrik örtüklərin sərbəst rəqslərinin tezliklərinin təyin edilməsi üçün dəqiq analitik ifadə alınmış və boruların […]

Xocalı soyqırımı unutmadıq, unutdurmarıq!

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 25 il ötür. AMEA Riyaziyyat və Mexanika İnstitutun direktoru, professor Misir Mərdanov […]

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində riyaziyyatdan ilk elmi-populyar seminar keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başladı. İlk seminarı fevralın 22-də institutun akt zalında keçirildi. Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açdı. Professor çıxışında bildirdi ki, orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların […]

AMEA adlı mükafatlar üzrə müsabiqə elan edib

Riyaziyyat və Mexanika İnstitutunun science.gov.az saytına istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 15 fevral tarixli 2/3 nömrəli qərarına əsasən, 2017-ci il üçün AMEA-nın “Nəsirəddin Tusi”, “Həsən bəy Zərdabi”, “Akademik Üzeyir Hacıbəyli”, “Akademik Mirəsədulla Mirqasımov”, “Akademik Yusif Məmmədəliyev”, “Akademik Musa Əliyev” və “Abbasqulu ağa Bakıxanov” adına mükafatları üzrə müsabiqə elan […]

“Kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə edib. Məruzədə kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər müzakirə edilib. © […]

AR Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan olunur

Riyaziyyat və Mexanika İnstitutunun science.gov.az saytına istinadən məlumatına görə, AMEA Rəyasət Heyətinin 2017-ci il 15 fevral tarixli qərarına əsasən, 2017-ci il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, […]

Faydalı linklər