22.02.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər […]
20/02/2017
“Rumıniyanın Xarici İşlər Nazirliyi və Milli Təhsil və Elmi Araşdırma nazirliyi tərəfindən 2017-2018 təhsil ili üçün əcnəbi vətəndaşlara təhsil təqaüdləri təklif edilir. Sözügedən təqaüdlər siyasi və idarəetmə elmləri, təhsil, rumın mədəniyyəti, jurnalistika, texniki elmlər, neft və qaz, kənd təsərrüfatı, baytarlıq, tibb, arxitektura və incəsənət sahələri üzrə müxtəlif təhsil səviyyələri üçün rumın dilində tədris olunması nəzərdə […]
17/02/2017
Nəsirəddin Tusi kimi məşhur olan Nəsir əd-Din Əbu Cəfər Mühəmməd ibn Mühəmməd ibn Həsən ət-Tusi 18 fevral 1201-ci ildə Tus (bəzi rəvayətlərə görə Həmədan) şəhərində anadan olmuş, 25 iyun 1274-ci ildə Bağdadda olarkən xəstələnərək vəfat etmiş, Kazimeyndə , yeddinci imam Musa ibn Cəfərin (ə.s) məzarı yaxınlığında dəfn edilmişdir. Nəsirəddin Tusi siyasi çəkişmələrlə zəngin bir zamanda […]
17/02/2017
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçirilmişdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dosent Rza Çingiz oğlu Mustafayev “Çəkili lokal Morri tipli fəzaları ilə çəkili Lebeq fəzaları arasında daxilolma teoremləri” mövzusunda məruzə etmişdir. Məruzədə eynilik operatorunun çəkili lokal Morri tipli fəzaları ilə çəkili Lebeq fəzaları arasında məhdudluğu üçün zəruri və kafi […]
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başlayır. Orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkar olunub seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədi ilə təşkil olunan elmi-populyar seminar və mühazirələr dünyanın bir çox elmi mərkəzlərinin praktikasında […]
16/02/2017
17.02.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dosent Rza Çingiz oğlu Mustafayev “Çəkili lokal Morri tipli fəzaları ilə çəkili Lebeq fəzaları arasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə eynilik operatorunun çəkili lokal Morri tipli fəzaları ilə çəkili Lebeq fəzaları arasındaməhdudluğu üçün zəruri […]