25/01/2017
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olundu: 1. AMEA RMİ-nın doktorant və dissertantlarının attestasiyası. 2. AMEA RMİ “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Elməddin Hüseyn oğlu Şahbəndəyevə 2002.01-Deformasiya olunan bərk cism mexanikası üzrə dosent elmi adın verilməsi 3. Cari məsələ. © Bütün hüquqlar […]
Bu gün Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin böyük elmi işçisi dos. İradə Hətəmqızı Mirzəzadə “Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi (dəm qazı timsalında)” mövzusunda məruzə edib. Məruzədə toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. Son zamanlar əhali arasında iş yerlərində, məişətdə dəm qazı […]
Bildiyimiz kimi, AMEA ilə dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” Agentliyi ilə müqavilə imzalanıb. Müqavilədə AMEA-nın elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən – “Web of Science”-dan istifadə imkanı əks olunub. 27.01.2017 tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Thomson Reuters” Agentliyinin […]
24/01/2017
Azərbaycanın tanınmış riyaziyyatçısı, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyev yanvar ayının 19-da 87 yaşında vəfat edib. Allahverdiyev Cəlal Eyvaz oğlu 17 sentyabr 1929-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ildə fəlsəfə doktoru, […]
25.01.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin böyük elmi işçisi dos. İradə Hətəmqızı Mirzəzadə “Toksiki Maddələrlə Zəhərlənmələrin Diaqnostika və Monitorinqi Üçün İntellektual-İnformasiya Sisteminin İşlənməsi (dəm qazı timsalında)” mövzusunda məruzə edəcəkdir. Bu elmi iş toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin işlənməsi dəm qazı timsalında mövzusuna həsr olunub. Son zamanlar əhali arasında […]
19/01/2017
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər […]