Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü, professor Vaqif S.Quliyev fəxri fərmanla mükafatlandırılıb

Azərbaycanda riyaziyyat elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 60 illiyi ilə əlaqədar AMEA-nın müxbir üzvü, professor Vaqif S. Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunub. Professor Vagif Quliyevin elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüş, 250-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Elmi məqalələrinin 150-dən çoxu Thomson […]

E L A N

14.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin “Spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda seminarı keçirilib

12.04.2017-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarı keçirildi. Seminarda şöbənin doktorantı Nargül Qurbanova “Spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” adlı məruzə ilə çıxış etdi. İşdə eyni bir spektral parametr tənliyin özündə və sərhəd şərtlərinin birində xətti şəkildə iştirak etdikdə, Hilbert fəzasında ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir […]

Azərbaycanlı alim Toronto və Fields Universitetinə mühazirə oxumaq üçün dəvət olunub

Beynəlxalq aləmdə tanınmış, əslən azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Kanadanın ən böyük şəhəri olan Torontoda yerləşən Toronto Universiteti və Fields Universitetinə dəvətli professor ( Deans Distinguished Professor) olaraq bir semestr ərzində 01.01.2018-30.06.2018 tarixində Riyaziyyat fakultəsində riyazi biologiya üzrə mühazirələr oxumaq üçün dəvət olunub. Bu universitetlər adətən mühazirə oxumaq üçün “Deans Distinguished Professor” […]

Elmi şuranın növbəti iclası keçirilib

Bu gün  AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib. Şuranın iclasında 10 şöbə üzrə kiçik elmi işçi, elmi işçi, böyük, aparıcı və baş elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə keçirilib. 13 nəfər tutduğu vəzifəyə gizli səsvermə yolu ilə yekdilliklə seçiliblər. AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması […]

“Доклады РАН” jurnalında çap olunan məqalə

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və mərhum f.-r. e.n Rafiq Teymurovun “Доклады РАН” jurnalında cild.472, №2, səh. 135-138 “Об одной задаче оптимального управления для параболического уравнения с нелокальными интегральными условиями” məqaləsi çap olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər