Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

12.04.2017-ci il tarixində saat 14:00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.r.e.d., prof. Qabil Qəribxan oğlu Əliyev “Kiçik ölçülü sistemlərdə kvant-mexanika effektləri nəzərə alınmaqla ideal mayenin hidrodinamikası” mövzusunda çıxış edəcəkdir. Baxılan məsələdə kvant mexanika effektlərinin ideal mayenin hərəkətinə təsiri müzakirə olunacaqdır. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov Beynəlxalq konfranslara dəvətli məruzəçi kimi dəvət olunub

AMEA Riyaziyyat və Mexanika İnstitututnun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fizika–riyaziyyat elmləri doktoru, professor Bilal Bilalov 25-27 aprel 2017-ci il tarixlərində Samara şəhərində keçiriləcək “İnformasiya Texnologiyaları və Nanotexnologiyalar” beynəlxalq konfransa və 18-20 may 2017-ci il tarixlərində Ufa şəhərində Başqırd Dövlət Universitetinin nəznində keçiriləcək “Müasir Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq elmi-praktiki konfransa dəvətli məruzəçi […]

E L A N

12.04.2017-ci il tarixində saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi , f.-r.e.n. Miqdad Imdad oğlu Ismayılov “Separabel olmayan Banax fəzalarda K-Bessel və K-Hilbert sistemləri” mövzusunun davamı olaraq məruzə edəcək. Məruzə separabel olmayan Banax fəzalarında K-Bessel və K-Hilbert sistemlərin öyrənilməsinə həsr olunub. Burada sıfrdan fərqli elementlər çoxluğu ən azı hesabı […]

E L A N

12.04.2017-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında şöbənin doktorantı Nargül Qurbanova “Spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” adlı məruzə ilə çıxış edəcək. İşdə eyni bir spektral parametr tənliyin özündə və sərhəd şərtlərinin birində xətti şəkildə iştirak etdikdə, Hilbert fəzasında ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin […]

“Elastiklik və plastiklik” şöbəsinin “Qeyribircins ortotrop slindrik örtüklərin xarici mühitin müqaviməti nəzərə alınmaqla rəqsi hərəkətləri” mövzusunda seminarı keçirilib

“Elastiklik və plastiklik” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.r.e.d., prof. Vaqif Camal oğlu Hacıyev “Qeyribircins ortotrop slindrik örtüklərin xarici mühitin müqaviməti nəzərə alınmaqla rəqsi hərəkətləri” mövzusunda məruzə edib. Məruzədə ortotrop qeyri bircins lövhələrin, örtüklərin dayanıqlığı və rəqsləri məsələsi, müxtəlif xarici mühitin müqaviməti nəzərə alınmaqla həlləri müzakirə olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

12.04.2017 tarixində saat 12:00-da ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarında professor Fərman Məmmədov Cristian E. Gutierrez və Federico Tournier-in ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsində alınmış nəticələr haqqında məruzəsini davam edəcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər