05/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbinin təşkilat komitəsinin üzvi AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev İctimai kanalın Yeni Gün verlişində layihə haqqında geniş məlumat verib. © Bütün hüquqlar qorunur. […]
04/04/2017
10-13 iyul 2017-ci il tarixində Ahi Evran Universitetində (Kırşehir, Türkiyə) AMEA-nın müxbir üzvü, professor Vaqif S. Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı konfrans keçiriləcək. Konfransda aşağıdakı bölmələr fəaliyyət göstərəcək (lakin məhdud deyil): •Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri; •Morri tipli fəzalarda integral operatorlar; •Morri tipli fəzalarda elliptik, parabolik […]
04/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 525-ci qəzetdə “Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış” mövzusunda silsilə məqalələri çap olunur. Məqalələri oxumaq üçün linkə keçid edin: http://525.az/site/?name=xeber&news_id=75330 http://525.az/site/?name=xeber&news_id=75772 http://525.az/site/?name=xeber&news_id=76455 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
03.04.2017-сi ildə saat 12:00-da “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda şöbənin müdiri r.e.d. Vüqar İsmayılov “C(X) fəzasının altcəbrləri cəmi ilə göstərilişi üçün zəruri şərtlər” mövzusunda məruzə etdi. Məruzədə kəsilməz funksiyalar fəzasının ixtiyari sonlu sayda cəbrlər cəmi şəklində göstərilə bilməsi üçün bir sıra zəruri şərtlər haqqında danışıldı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
04/04/2017
06.04.2017-cı il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda […]
04/04/2017
Beşinci postulat – Evklidin “Başlanğıclar” əsərində verilmiş həndəsə aksiomlarından sonuncusudur. Aksiomun ifadəsi belədir: “Fərz edək ki, iki düz xətt üçüncü düz xətti elə kəsir ki, bir tərəfdə alınan daxili birtərəfli bucaqların cəmi iki düz bucaqdan kiçikdir. Onda bu iki düz xətt həmin tərəfdə kəsişir”. Bu aksiomun ifadəsi, nisbətən, mürəkkəbdir . Evklid həndəsəsinin çox teoremlərinin ifadəsi […]