Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

09.03.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, t.e.d. Ramin Rza oğlu Rzayev «QEYRİ-SƏLİS MƏNTİQ TARİXİ RAKURSDA: ƏSAS ANLAYIŞLAR VƏ ƏSASLAR» mövzusunda məruzə edəcəkdir. Məruzədə insanla adekvat qarşılıqlı davranış etməyə qadir olan real intellektual sistemlərin yaradılması üçün vacib zəmin kimi qeyri-səlis məntiqin baza elementləri və […]

AMEA Fizika-Texnika və Riyaziyyat bölməsinin nəzdində “Xəbərlər” jurnalının Mexanika buraxılışının redaksiya heyətinin yığıncağı keçirildi

3 mart 2017-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda AMEA Fizika-Texnika və Riyaziyyat bölməsinin nəzdində “Xəbərlər” jurnalının Mexanika buraxılışının redaksiya heyətinin yığıncağı keçirildi. Yığıncaqda mexanika sahəsində tanınmış alimlər – jurnalın redaksiya heyəti və həmçinin RMİ-nun direktoru, professor Misir Mərdanov iştirak etmişdir. Yığıncağı redaksiya heyətinin baş redaktoru, AMEA-nın müxbir üzvi Qeylani Pənahov açaraq, gündəlikdə duran məsələlər haqqında […]

UNESCO-nun Mühəndislik Üzrə Təlim Proqramı haqqındaMƏLUMAT

UNESCO Üzrə Polşa Milli Komissiyası və Krakov şəhərində yerləşən AGH Elmi-Texniki Universitetinin nəzdində Elm, Texnologiya və Mühəndislik Təhsili üzrə UNESCO kafedrasının birgə təşkilatçılığı ilə 2017-ci il üçün Mühəndislik Üzrə Təlim Proqramı elan olunur. Təlim Proqramı 2 oktyabr 2017-ci il tarixindən etibarən 6 ay müddətinə Polşada keçiriləcəkdir. Uyğun elm sahəsi üzrə tələblərə cavab verən namizədlərin doldurulmuş […]

“Riyazi analiz” şöbəsinin ” Dəyişən dərəcəli çəkili umumiləşmiş Morri fəzasında maksimal funksiya və Riss potensialının məhdudluğu” mövzusunda seminarı keçirilib

Bu gün saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Cavanşir Cavad oğlu Həsənovun “Dəyişən dərəcəli çəkili umumiləşmiş Morri fəzasında maksimal funksiya və Riss potensialının məhdudluğu” mövzusunda məruzəsi dinlənilib. Məruzədə dəyişən dərəcəli çəkili umumiləşmiş Morri fəzasında maksimal funksiya və Riss potensialının məhdudluğu haqqında […]

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındaki Səfirliyinin ABŞ-ına “Elmi tur” adlandırılan proqram haqqında MELUMAT

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındaki Səfirliyi tərəfindən Amerika Birləşmiş Ştatlarına “Elmi tur” adlandırılan təlim səfəri proqramı elan edilmişdir. Proqram çərçivəsində maksimum 10 gün müddətinə 1-10 nəfər namizəd üçün müəyyən mövzu ətrafında ABŞ-ın müvafiq elmi təşkilatları ilə tanışlıq imkanı yaradılacaq. Nəzərdə tutulan səfərin səbəbi, məqsədi, gözlənilən nəticələr qeyd edilməklə qısa layihə təklifi hazırlanmalıdır. Təklifdə, həmçinin səfər […]

“Hərəkət çevrilmələri” mövzusunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 2-ci seminar keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. İkinci seminar martın 2-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirildi. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov […]

Faydalı linklər