Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb

Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — dünya şöhrətli azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə AMEA-nın təltif etdiyi ən yüksək mükafata – “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul […]

“Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, professor Misir Mərdanov açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü münasibəti ilə görkəmli dövlət xadimini anmış və xatirələrini seminar iştirakçıları ilə bölüşmüşdür. Sonra Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi prof. Hidayət Hüseynov «Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında» mövzusunda məruzə edib. […]

E L A N

04.05.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi prof. Hidayət Hüseynov «Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında» mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə məxsusi ədədlərə malik öz-özünə qoşma operatorla bağlı bir bərabərsizlik və onun bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyinə tətbiqi veriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi və Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 25-27 may 2016-cı ildə “Qeyri-harmonik analiz və diferensial operatorlar” adlı Beynəlxalq Seminar keçiriləcəkdir. Seminarın məqsədi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun elmi maraqları dairəsində aşağıda göstərilən istiqamətlər üzrə çalışan yerli və əcnəbi ixtisasçıları bir yerə toplamaq, onlar arasında elmi […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutun kitabxanasına daxil olan yeni kitab

Раиса Кязимова – Некоторые задачи нелинейной теории упругости – Германия, LAP LAMBERT Academik Publishinq, 2016-99p. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“KOMPONENTLƏRİNƏ NƏZƏRƏN MƏXSUSİ İDARƏEDİCİLƏRİN OPTİMALLIĞI ÜÇÜN BƏZİ ZƏRURİ ŞƏRTLƏR” mövzusunda  «Optimal idarəetmə» şöbəsinin seminarı keçirilib

Bu gün  «Optimal idarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda BDU-nun dosenti Şakir Yusubov “KOMPONENTLƏRİNƏ NƏZƏRƏN MƏXSUSİ İDARƏEDİCİLƏRİN OPTİMALLIĞI ÜÇÜN BƏZİ ZƏRURİ ŞƏRTLƏR” mövzusunda məruzə edib. Məruzədə diferensial tənliklər və hiperbolik tənliklərlə təsvir olunan sistemlərdə komponentlərinə nəzərən məxsusi idarəedicilərin optimallığı üçün bəzi zəruri şərtlər haqqında məlumat verilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər