Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

24.12.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rövşən Əlifağa oğlu Bəndəliyev “Dəyişən dərəcəli Lebeq fəzasının bəzi xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzə klassik Lebeq fəzalarının ümumiləşməsi olan dəyişən dərəcəli Lebeq fəzalarının müəyyən struktur xassələrinə həsr olunmuşdur. Məruzə icmal xarakterlidir və çıxışda bu fəzalar ilə bağlı müəyyən nəticələr şərh olunacaq. […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Iclasda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnstitutun doktoranturasını bitirən tələbələr haqqında şura üzvlərinə məlumaat verilib. Daha sonra doktorant və dissertantların attestasiyası keçirilib. Şuranın iclasında “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri dos. Əli Babayev ezamiyyəti haqqında hesabat verib. İclasda elmi şura üzvləri institutun 2015-ci […]

“Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda Ümuminstitut seminarı keçirilib

Dekabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri f.r.e.n. Vüqar İsmayılov məruzə edib. Məruzədə Hilbertin 13-cü problemi, onun V.İ.Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, Kolmoqorov superpozisiya teoremindən sonra yaranmış xətti superpozisiyalar nəzəriyyəsinin bəzi vacib nəticələri haqqında danışılıb. Daha sonra birqat və ikiqat gizli […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və mexanika institutunun kitabxanasına daxil olan yeni jurnalların siyahısı

1.РЖ.Математика.Св.том.-2014-№ 11 2.РЖ.Механика. Св.том.-2014-№ 11 3.Доклады РАН. 2014 – т.458 № 4 4.Доклады РАН. 2014 – т.458 № 5 5.Доклады РАН. 2014 – т.458 № 6

E L A N

17.12.2014-cü il saat 10.00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri f.r.e.n. Vüqar Elman oğlu İsmayılov “Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbertin 13-cü problemi, onun V.İ.Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, Kolmoqorov superpozisiya teoremindən sonra yaranmış xətti superpozisiyalar nəzəriyyəsinin bəzi vacib nəticələri haqqında danışılacaqdır. Daha sonra birqat və ikiqat gizli laya […]

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işləri müdafiə edilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin aspirantı Bəhruz Ağarzayev və AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Aynur Həsənova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Bəhruz Ağarzayev “Çoxölçülü potensiallar və onların tətbiqləri” mövzusunda, Aynur Həsənova isə “Parabolik tip tənliklər üçün bir sıra tərs məsələlərin […]

Faydalı linklər