30/11/2015
02.12.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında aparıcı elmi işçisi, f.-r.e.n., dos. Mehdi Balayev “Qeyriməhdud xətti operatorlu yarımxətti parabolik tənliyin həllinin dayanıqlığı” mövzusunda məruzə edəcəkdir. İşdə birinci tərtib xətti qeyri məhdud operator əmsallı parabolik tipli evolyusion tənliyin həllinin dayanıqlığı öyrənilir.
27/11/2015
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Yaxınlaşma nəzəriyyəsinin daxilolma teoremləri” mövzusunda məruzə edib. Məruzədə Nikolski-Besov tipli daxilolma teoremi müzakirə olunub.
26/11/2015
27 noyabr 2015-ci il tarixində saat 14-00-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Fətayi Abdulhəmid oğlu İsayevin “Furye-Bessel inteqral operatorları üçün ikiçəkili bərabərsizliklərin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında və saat 16-00-da Nazim Əsədulla oğlu Neymətovun “Çəkili […]
Bu gün Ümuminstitut seminarında “Riyazi-Fizika tənlikləri” şöbəsinin böyük elmi işçisi r.e.d. dos. İlham V.Əliyev “Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda məruzə edib. Məruzədə diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli diferensial operatorun müxtəlif xassələri haqqında danışılıb. Belə ki, tənliyə spektral parametr daxil olan halda uyğun bircins olmayan tənliyin həllinin qiymətləndirilməsi məsələləri araşdırılmış və operatorun […]
25.11.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-Fizika tənlikləri” şöbəsinin böyük elmi işçisi r.e.d. dos. İlham V.Əliyev “Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli diferensial operatorun müxtəlif xassələri haqqında danışılacaq. Belə ki, tənliyə spektral parametr daxil olan halda uyğun bircins olmayan tənliyin həllinin qiymətləndirilməsi məsələləri […]
20.11.2015 tarixində “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin dissertantı Orucova Aygün “Ümumiləşmiş Besov-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda məruzə etmişdir. Məruzədə Ümumiləşmiş Besov-Morri tipli fəzalara baxılmış və çevik buynuz şərtini ödəyən n ölçülü oblastlarda təyin olunmuş funksiyalar üçün inteqral göstərilişi üsulu ilə bu fəzadan olan funksiyaların diferensial və diferensial-fərq […]