20/11/2015
19 noyabr 2015-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda ixtisas üzrə doktoranturaya qəbul imtahanları keçirilmişdir. İmtahanda AMEA-nın prezidenti Akademik Akif Əlizadə, Vitse-prezident akademik Ramiz Əliquliyev, Elm və Təhsil İdarəsinin Rəisi, texnika-üzrə elmlər doktoru Eminağa Sadıqov cənabları da iştirak etmişdirlər. İmtahanların təşkili və keçirilməsi müsbət qiymətləndirilmişdir. Akademik Akif Əlizadə imtahanda iştirak edən gənclərə öz dəyərli […]
25.11.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında aparıcı elmi işçi, r.f.d. Rafiq Teymurov “Bir sinif parabolik tip tənlik üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir. Məruzədə vəziyyəti parabolik tip tənliklə və adi diferensial tənliklər sistemi ilə təsvir olunan idarəetmə sistemlərində istilik mənbələrinin optimal idarə edilməsi məsələsinə baxılır. Optimal idarəetmə məsələsinin həllinin varlığı […]
Bu gün Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin böy. elmi işçisi f.r.e.n. dos. M.B. Rəsulov “Çоxölçülü riyazi-fizika məsələlərinin yeni həll üsülu” mövzusunda məruzə edib. Məruzədə əsas etibari ilə coxölçülü riyazi-fizika məsələlərində bircins həllər sinfi araşdırılır. İş müəllifin vaxtilə ikiölçülü dalğa tənlikləri üçün almış olduğu yeni (-1) tərtibli bircins, fundamental həllin tətbiqinə həsr olunur. Bu həllin xassələri, […]
18.11.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin böy. elmi işçisi f.r.e.n. dos. M.B. Rəsulov “Çоxölçülü riyazi-fizika məsələlərinin yeni həll üsülu” mövzusunda məruzə edəcəkdir. Məruzədə əsas etibari ilə coxölçülü riyazi-fizika məsələlərində bircins həllər sinfi araşdırılır. İş müəllifin vaxtilə ikiölçülü dalğa tənlikləri üçün almış olduğu yeni (-1) tərtibli bircins, fundamental həllin tətbiqinə həsr olunur. Bu […]
13/11/2015
Konfransda məruzə edilmiş tezislərin tam mətinlərinin çap olunmasını istəyən iştirakçılar həmin materialları (bu material əgər məqalə şəklində heç bir jurnalda çap olunmayıbsa) 15 dekabr 2015-ci il tarixinə qədər [email protected] e-mail adresinə göndərmələri xahiş olunur. Göndərilən materiallar müsbət rəy alarsa aşağıda adları göstərilən jurnallarda çap olunacaqdır. 1. Azerbaijan Journal of Mathematics (AzJM) 2. Nonlinear Oscillations (NO) […]
13/11/2015
18.11.2015-c1 tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, f.r.e.n., dos. İlqar Qürbət oğlu Məmmədov “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Dirixle məsələsinin korrekt həllolunması barədə” mövzusunda məruzə edəcəkdir. Qeyri-hamar əmsallı, dördtərtibli bir psevdoparabolik tənlik üçün uzlaşma şərtləri tələb etməyən qeyri-klassik şərtli Dirixle məsələsinə baxılır. Qoyulan məsələnin həlli izotrop Sobolev fəzasında […]