Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Sözünə sadiq Liderimizə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, […]

AZƏRBAYCANIN YEGANƏ NOBEL MÜKAFATÇISI

Onun adı Bakı Dövlət Universitetinin məzunlarının sırasındadır. O, 1922-1924-cü illərdə Bakı Dövlət Universitetində eyni vaxtda həm fizika-riyaziyyat, həm də kimya ixtisasları üzrə təhsil alıb. Söhbət Azərbaycan adına yeganə Nobel mükafatı qazanan Lev Landaudan gedir. Lev Davidoviç Landau 1908-ci ilin 22 yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur. Fizikin elmi nailiyyətləri nəzəri fizikanın bir çox sahələrinə […]

Son 5 ildə “Scopus”da ən çox elmi işi dərc olunan institutların adları açıqlanıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2019-2023-cü illərdə “Scopus” elmmetrik bazasında indekslənən jurnallarda elmi işləri dərc olunan ilk 5 institutun göstəricilərini açıqlayıb. Bildirilib ki, ölkə üzrə ilk beşliyə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qrafikə əsasən, son 5 il üzrə ən yüksək nəticə 549 elmi işlə Riyaziyyat və Mexanika İnstitutuna […]

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib. Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə əbədi həkk olunduğunu bildirib. […]

Beyin toxumasından kiber neyron şəbəkə yaradılıb

İndiana Universitetinin alimləri kök hüceyrələrdən yetişdirilən canlı beyin orqanoidlərindən istifadə edərək yeni növ neyron şəbəkə yaradıblar. “Nature Electronics” jurnalında dərc olunan araşdırmaya görə, orqanoidlərin müəyyən bir toxuma növündən hazırlanmış miniatür obyekt həqiqi insan beynini təmsil edir. Düşüncələri, duyğuları və xüsusilə də şüurunun olmamasına baxmayaraq bu cür struktur insanlar üzərində təcrübə aparmağa ehtiyac olmadan beynin quruluşunu […]

İsveçrə alimləri yaraları tikmək əvəzinə qaynaq etməyi təklif edirlər

İsveçrədə yaranı sapla tikmək əvəzinə yara kənarlarının qaynaq edilməsi təklif olunur, bu yeni texnoloji proses toxumaların tez birləşməsinə imkan yaradır. İsveçrənin “Empa” Federal Materialşünaslıq Laboratoriyasının məlumatına əsasən, bu texnologiya, xüsusən qoyulan tikişlərin açılması nəticəsində həyat üçün təhlükəli fəsadların yaranmasının qarşısını alacaq. “Empa” Laboratoriyasının və İsveçrənin Sürix Ali Texniki Məktəbinin (ETHZ) bir qrup alimi artıq müvafiq […]

Faydalı linklər