14/02/2024
Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. […]
13/02/2024
Texnologiya nəhəngləri keçən aykı tendensiyanı davam etdirərək on minlərlə İT (İnformasiya Texnologiyaları) işçisini ixtisar edir. Qeyd edək ki, “Amazon”, “Google” və “Microsoft” kimi nəhəng şirkətlər gəlirlərini artırmaq üçün bu addımı atanlar arasındadır. Lakin bu dəfə vəziyyət daha fərqlidir. Çünki şirkətlər süni intellektdən istifadə edərək səmərəliliyi artırırlar və mütəxəssislərə ehtiyac qalmır. Məlumata görə, 2023-cü ildə 2 […]
12/02/2024
Sibir genetikləri insan beyin toxumasını tamamilə təkrarlayan süni toxumalar yetişdiriblər. Bu araşdırma rusiyalı alimlərə beyin fəaliyyətindəki anormallıqları, o cümlədən irsi səbəbdən qaynaqlanan xəstəlikləri daha yaxşı başa düşməyə imkan verəcək. Rusiya Elmlər Akademiyasının Sitologiya və Genetika İnstitutunun alimi T.Şnayder izah edib ki, tədqiqatçıların diqqəti HAR elementlərinin (genomun bölgəsi) öyrənilməsinə yönəlib. Artıq aydındır ki, təkamül zamanı genomun […]
11/02/2024
Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir. Bu əlamətdar gün 2024-cü ildə “Elmdə qadınların və qızların liderliyi, davamlılıq üçün yeni dövr” mövzusuna və “Elmi düşün… Sülhü düşün” altmövzusuna həsr olunub. “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü BMT Baş Assambleyasının 2015-ci […]
09/02/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi olub” xəbəri yer alıb. Nəşrin ikinci səhifəsində “Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər” başlıqlı xəbər, eləcə də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev […]
08/02/2024
Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər. Sözügedən qanun layihəsinin final versiyasının təsdiqlənməsinə dair səsvermə Avropa Şurasının Daimi Nümayəndələr Komitəsi çərçivəsində keçirilib. Avropa Komissiyası AI Act adlı qanun layihəsini 2021-ci ildən hazırlayır. Bu qanun layihəsi süni zəka texnologiyalarının vətəndaşların sosial reytinqlərində istifadələrini qadağan edir və […]