27/01/2022
Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə […]
27/01/2022
İsveç Əmək Bazarını Qiymətləndirmə və Təhsil Siyasəti İnstitutu (IFAU) tərəfindən aparılmış müvafiq tədqiqatlar nəticəsində texnologiyaların inkişafı nəticəsində bir çox peşələrin tarixə qovuşacağı üzə çıxıb. Jurnalistlərin qeyd etdiyi kimi, süni intellekt texnologiyası getdikcə daha çox funksiyanı yerinə yetirir ki, bu da gələcəkdə müxtəlif fəaliyyət sahələrində əmək haqqı baxımından cəmiyyətin təbəqələşməsinə səbəb ola bilər. Danderud Universiteti Xəstəxanasının […]
26/01/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz”, “Funksional analiz”, “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında 26 yanvar 2022-ci il tarixində, saat 1200-da dosent Aydın Şükür oğlu Şükürovun “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda 12.02.01-analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası “Funksional analiz” şöbəsinin müdiri professor […]
26/01/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin f-r.e.d., prof. Cəfər Ağalarov “Çevik tor rabitələr” mövzusunda məruzə etdi. İşdə çevik tor rabitələrdə zərbə məsələlərinə baxıldı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
24/01/2022
Bu gün – yanvar ayının 24-ü hər il dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin dekabr ayında sülh və inkişafın təminində təhsilin vacibliyini qeyd etmək […]
24/01/2022
2 oktyabr 2021-ci il tarixində jurnalımızın Redaksiya Şurasının üzvü, görkəmli alim, Azərbaycanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Məhəmməd Fərman oğlu Mehdiyevin 80 yaşı tamam oldu. Məhəmməd Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Vaqazina Azərbaycan (indiki […]