24/01/2022
Yer kürəsinin 2 milyard sakini Himalay dağlarının buzlaqlarından asılıdır və yaxın gələcəkdə həmin insanlar içməli sudan məhrum ola bilərlər. Əsas səbəb isə Himalay buzlaqlarının sürətlə əriməsidir. Himalay dağlarının buzlaqları 700 il bundan əvvəlki vəziyyətdən fərqli olaraq son 40 il ərzində 10 dəfə daha sürətlə əriyirlər. Tədqiqatçılar əmindirlər ki, bunun əsas səbəbi iqlim dəyişiklikləridir. Himalay dağları 2500 km sahəni əhatə edirlər və […]
21/01/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə 2-ci sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində “20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir” sərlövhəli məqalə yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanan anlaşma memorandumu, AMEA-nın elmi müəssisə və təşkilatlarında 20 […]
21/01/2022
21.01.2022 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Diferensial tənliklər”, “Maye, qaz və plazma mexanikası”, “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Harmonik analizin müasir problemleri”, “Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi” və “Örtüklər nəzəriyyəsi” fənnlərindən, II kurs tələbələri üçün isə “Funksiyaların Banax fəzaları”, […]
19/01/2022
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və […]
17/01/2022
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin […]
14/01/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin 2022-ci ildə ilk sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” və “M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşü, 2021-ci ildə […]