20/04/2022
İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran ilk məsələ şöbələrin 2022-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında məlumatların dinlənilməsi olub. Tədbirdə, AMEA Riyaziyyat və Mexanika İnstitututnun Fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası (9 nəfər), fəlsəfə doktoru (11 nəfər) […]
19/04/2022
Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun, baş elmi işçi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun və riyaziyyat üzrə fəlsəfə doktoru Samin Məlikin Web of Science bazasına daxil olan “Journal of Computational and Applied Mathematics” jurnalında, “Necessary conditions for the extremum in non-smooth problems of variational […]
17/04/2022
15 aprel 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Şərif Məmməd oğlu «Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri» mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Şərif […]
15/04/2022
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Clarivate Analytics”in Q2 kateqriyalı, impakt faktoru 1.219-a bərabər olan “Journal of Mathematical Inequalities” jurnalında dərc edilib. “Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qiymətləndirmələri” adlı […]
14/04/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 13 aprel 2022-ci il tarixində saat 12-00 -da Gəncə Dövlət Universitetinin dissertantı Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Analiz və funksional analiz” ixtisası […]
13/04/2022
2022-ci il aprelin 13-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, Əməkdar elm xadimi, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü, görkəmli şəxsiyyət Maqsud Cavadovun məzarını ziyarət etdilər. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanov […]