Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanovun “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzəsi dinlənilib. M.Mərdanov seminar iştirakçıları qarşısında “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda çıxış edib. Məruzəçi məqaləni necə hazırlamaq, jurnalı necə seçmək və çap olunacaq jurnallara məqalələri təqdim etmə qaydaları barədə iştirakçılara […]

Elmi Seminarin növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Diferensial tənliklər” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında 08 aprel 2022-ci il tarixində saat 14:00-da f.-r.e.n. Manaf Cabar oğlu Manafovun “Ümumiləşmiş potensiallı diferensial operatorların və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda 1202.01-Analiz və fonksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası “Funksional analiz” şöbəsinin […]

Mexanika elmləri doktoru Abbasov Elxan «İstilik keçirməni nəzərə alaraq lay-boru kəmər sistemində maye-qazın hərəkəti» mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri vəzifəsini yerinə yetirən mexanika elmləri doktoru, dosent Abbasov E.M. «İstilik keçirməni nəzərə alaraq  lay-boru kəmər sistemində maye-qazın hərəkəti» mövzusunda məruzə etdi. Məruzədə qaldırıcı boruda qaz-maye qarışığı axını ilə onu əhatə edən ətraf mühüt arasında istilik mübadiləsi prosesi nəzərə […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 06 aprel 2022-ci il tarixli, saat 11:30 iclasında  Aydın Şükür oğlu Şükürovun “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda  1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası […]

İbrahimova Səadət xanımı 65 yaşı münasibətilə təbrik edirik!

İbrahimova Səadət Ramiz qızı 06 aprel 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbrahimova Səadət Ramiz qızı 1974-cü ildə Bakı şəhəri V.V.Mayakovski adına 20 saylı orta məktəbi bitirib. 1978 – 1984-cü illərə kimi Azərbaycan SSR EA-nın Əsaslı Kitabxanasında biblioqraf vəzifəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi uçot işlərinin hazırlanması və ixtisasının artırılması üzrə Tədris […]

AMEA-da 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edilir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı […]

Faydalı linklər