04/03/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb. Bundan əlavə, “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın […]
03/03/2022
O, yeganə azərbaycanlı alim idi ki, sağlığında NASA ilə işləməyə dəvət almışdı. Uzun illər Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, […]
02/03/2022
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran növbəti məsələ İnstitutun magistrantlarının attestasiyası ilə bağlı olub. Professor Misir Mərdanov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq […]
01/03/2022
Konfransda Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutları, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin əməkdaşları iştirak ediblər. Hərbi sahəsində ağıllı texnologiyalar, müasir hərbi texnika mühəndisliyi və kibertəhlükəsizlik sistemləri üzrə ixtisaslı kadrların hazırlanması məsələləri geniş müzakirə olunub. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində alim və tələbələrin mühəndis və hərbiçilərlə birlikdə təcrübə işlər aparılmasının […]
25/02/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının 25 fevral 2022-ci il tarixli (saat 1400) iclasında Bakı Dövlət Universitetinin dosenti Hümbət Kazım oğlu Musayevin “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası ED 1.04 dissertasiya şurasının sədri AMEA-nın […]
24/02/2022
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar institutun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçığı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru akademiyanın müxbir üzvü, […]