Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib. Bu məqsədlə akademik Ramiz Mehdiyev Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib. AMEA-nın prezidenti ölkə rəhbərliyi tərəfindən elm sahəsində aparılan islahatları yüksək dəyərləndirərək, bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb. Alim son aylarda Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə […]

F.r.e.n., Şərif Məmməd oğlu Nəsibov “Sobelev interpolyasiya və Qross-Sobolev loqarifmik bərabərsizlikləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-nin aparıcı elmi işçisi, f.r.e.n., Şərif Məmməd oğlu Nəsibov “Sobelev interpolyasiya və Qross-Sobolev loqarifmik bərabərsizlikləri” mövzusunda məruzə edib. Məruzə bir dəqiq inteqral bərabərsziliyin isbatı, Hausdorf-Yunq bərabərsizliyinin köməyi ilə Sobolev interpolyasiya bərabərsizliyinin çıxarılışı və bu bərabərsizliyin köməyi ilə Qross-Sobolev loqarifmik bərabərsziliyinin […]

“Gənc tədqiqatçı” jurnalı Ali Attestasiya Komissiyasının yenilənmiş elmi nəşrlər siyahısına daxil edilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalı yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən pedaqogika istisna olmaqla, bütün sahələr üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri nəşrlərin siyahısına salınıb. Qeyd edək ki, “Gənc tədqiqatçı” jurnalı 2015-ci ildən nəşr olunur. Burada AMEA və digər ali təhsil müəssislərində, eləcə də idarə və təşkilatlarda […]

Gənc alimin növbəti elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin kiçik elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Nicat Əliyevin elmi məqaləsi Springer-in nüfuzlu “Advances in Computational Mathematics” jurnalında (2020, Vol40, №6) nəşr olunub (https://link.springer.com/journal/10444). “Geniş Miqyaslı Dissipativ Hamiltoniya Sistemləri üçün Sabitlik Radiuslarının Təqribi Hesablanması” (https://link.springer.com/content/pdf/10.1007%2Fs10444-020-09763-5.pdf) adlı məqalənin nəşr olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir […]

Müstəsna riyazi qabiliyyətə malik görkəmli alim, xeyirxah insan

Dünyanın bugünkü inkişaf səviyyəsinə çatması məhz elmin, bu sahədə çalışan tarixi şəxsiyyətlərin sayəsində mümkün olmuşdur. Elmin özünün tarixinin təhlili də bu inkişafın avanqardı olmuş elm xadimlərinin bügünkü yüksək sivilizasiyaya böyük töhfələr verdiyini sübuta yetirir. Bu mənada dünyaya bəxş etdiyi övladlarına görə Azərbaycan xalqının da qürur duymağa haqqı var. Bax, bu məqamda milliyyətcə Azərbaycan türkü olmayan, […]

Rusiyanın “Elm naminə” mükafatı laureatlarının adları elan edilib

Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyində “Elm naminə” VI Ümumrusiya mükafatı laureatlarının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Rusiyanın Elm və Ali Təhsil naziri Valeriy Falkov, Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçiy, eləcə də 400-dən çox görkəmli alim, elmi ictimaiyyətin nümayəndələri və KİV əməkdaşları iştirak edib. Qeyd edək […]

Faydalı linklər