Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Nazikdivarlı çubuq-örtüklərin gərginlik-deformasiya vəziyyəti” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Şöbənin genişləndirilmiş seminarında Kazan (Privoljski) Federal Universitetinin dosenti Linar Salıxzanoviç Sabitov 01.02.04 – deformasiya olunan bərk cism mexanikası ixtisasında fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün yerinə yetirdiyi “Nazikdivarlı çubuq-örtüklərin gərginlik-deformasiya vəziyyəti” adlı dissertasiya işini məruzə edib. […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 7 mart 2019-cu il tarixində növbəti sayı işıq üzü görüb.

“Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə dinlənilib

Martın 6-da keçirilən Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi” mövzusunda elmi məruzə ilə çıxış edib. Akademik bildirib ki, milli ədəbi düşüncəmizin məntiqi davamı kimi təzahür edən, öz mənşəyini bilavasitə folklor təfəkkürünün etnik-mədəni potensialın­dan götürən, dərin lirizmi və ümumbəşəri dəyərlər sistemi ilə səciyyələnən Səməd Vurğun poeziyasında […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Martın 6-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Bildirib ki, iclas çoxəsrlik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Səməd Vurğunun fəaliyyətinə həsr olunub. AMEA rəhbəri böyük şairin unudulmaz alim, vətənpərvər insan olduğunu, xatirəsinin həmişə könüllərdə əbədi qalacağını diqqətə çatdırıb. Əlavə edib ki, […]

AMEA-da “Elm həftəsi” keçiriləcək

11-17 mart 2019-cu il tarixlərində AMEA-nın Əsas binasında Yüksək Texnologiyalar Parkının (YT Park) təşkilatçılığı ilə “Elm həftəsi” keçiriləcək. Tədbir çərçivəsində AMEA-nın elmi bölmələri tərəfindən hər gün konfransların və sərgilərin təşkili, eləcə də bölmələrə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən prioritet mövzulara həsr edilmiş təqdimatların, ixtira və innovasiyalı layihələrin nümayişi nəzərdə tutulur. Bundan əlavə, YT […]

Dövlət Neft Fondu tələbələr arasında “Uğurlu səhm seçimi” müsabiqəsinə başlayır

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tələbələr arasında “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinə başlayır. IMM.AZ AZƏRTAC-a istinadla bildirir ki, müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirəcək, eləcə də təcrübəli mütəxəssislərdən rəy alacaqlar. Müsabiqədə bakalavr pilləsinin son iki ilində və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. İştirakçılar dörd nəfərdən ibarət komanda […]

Faydalı linklər